Bazar ertəsi      17 mart 2025     01:48:32  

Azərbaycan Boz Qurd Batalyonu DÖYÜŞƏ HAZIRDIR - Prezidentə müraciət olundu

Azərbaycan Boz Qurd Batalyonu DÖYÜŞƏ HAZIRDIR -
Ali Baş Komandana Müraciət .

Cənab Ali Baş Komandan,
Cənab Prezident İlham Əliyev!
Əgər bu gün düşmən tərəfindən, separatçı bölgədən deyil, bir başa Ermənistan ərazisindən ölkəmizin torpaqlarına acıq-aydın təcavüz vardırsa bütün sivil və qeyri sivil qanunlara görə müharibə qaçılmazdır! Ya təslim olmalıyıq (ki buna nə siz , nə də xalq razı olmaz), ya da savaşmalıyıq!

Azərbaycan Boz Qurd Batalyonu DÖYÜŞƏ HAZIRDIR -


Bəli, müharibə ölüm, acı, itki, gözüyaşlı ailələr deməkdir! Müharibə qan-qada deməkdir!
Artıq zaman çatıb, itirilmiş torpaqlarımızı, ata-babalarımızın tapdaq altında qalan qəbirlərini işğaldan azad etməyin vaxtı çatıb.
Cənab Baş Komandan artıq Vətənimizə açıq aydın təcavüz var . Bütün dünya bunu görür və təsdiq edir. Savaş Qarabağda separatçılarla deyil, Tovuzda Ermənistan silahlı qüvvələri ilə gedir. Ermənistan silahlı qüvvələri generalımızı və bir çox yüksək rütbəli şərəfli zabitimizi şəhid edib!

Cənab Prezident, ƏMR edin!
Əmr edin ki, biz atalar övladlarımıza belə bir rüsvayçı miras qoymayaq!
Əmr edin səfərbərlik olsun və biz veteranlar Vətən, Millət və Övladlarımızın qarşısında son missiyamızı həyata keçirdək!

Azərbaycan Boz Qurd Batalyonu DÖYÜŞƏ HAZIRDIR -


Əmr verin ki, Qarabağ və ətraf 7 rayonu işğaldan azad edək. Qarabağın da taleyi Göyçə, Zəngəzur və digər işğalda olan torpaqlarımızın taleyini yaşamasın.
Əmr edin və görün Xalq necə əmrə müntəzir dayanıb!

Cənab Ali Baş Komandan!
Əmr edin və tarixə qalib Baş Komandan, qalib Prezident kimi düşün!
Sizin komandanlığınız altında biz bu qələbəni Vətənə, Xalqımıza bəxş edək!

Azərbaycan güclüdür, ordusu da, xalqı da! Bütün siyasi qüvvələr arxanızca gedəcək! Bütün daxili münaqişələrə son veriləcək!
Əmr verin ki, gələcək nəsillərimizin gözlərinə dik baxa bilək.

Cənab Baş Komandan, Cənab Prezident!

Azərbaycan Boz Qurd Batalyonu DÖYÜŞƏ HAZIRDIR -


Əmr edin ki, biz övladlarımızın, Vətənimizin, Xalqımızın qarşısında üstümüzdə olan bu ləkəni götürək!

Nurəddin Xoca (İsmayılov)
"Boz Qurd" batalyonunun komandiri
Müraciətə bütün "Boz Qurd" batalyonunun heyəti qoşulub!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2370 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...