Gəncədə məşhur bəstəkarın qəbrini və abidəsini sökürlər? - İcra başçısına məktub

Hörmətli Niyazi müəllim,
Sizə məktubla müraciət etməyimizin bir səbəbi var.
Artıq bir neçə gündür ki, Xan Bağının qarşısında Azərbaycanımızın dahi bəstəkarı Qəmbər Hüseyinlinin məzarı və qəbirüstü abidəsi yerləşən ərazi hasara alınıb.
Əfsuslar olsun ki, şəhər sakinlərinə və ictimaiyyətə sözügedən ərazidə hansı işlərin aparılacağına dair heç bir rəsmi məlumat verilməyib. Görünür elə bu səbəbdəndir ki, şəhərdə bir çox xoşa gəlməyən məlumatlar və şaiyələr dolaşmaqdadır.
Yayılan qeyri-rəsmi məlumatlara görə dünya şöhrətli dahi bəstəkarımızın qəbrinin sökülməsi və nəşinin başqa yerə daşınılması, yerində isə çoxmərtəbəli binanın tikilməsi nəzərdə tutulur...
Bu kimi xəbərlər bir çox şəhər sakinində olduğu kimi bizdə də hiddət və qəzəb doğuraraq ciddi narahatlıq yaratmışdır. İnanmaq istəmirik ki, bu həssas dönəmdə Sizin kimi ziyalı bir insan mənəvi və dini dəyərlərimizə tamamilə zidd olan, milli musiqi tariximizə və mədəniyyətimizə açıq həqarət sayıla biləcəq bu kimi düşüncəsiz bir qərarın qəbul edilməsinə razılıq verəsiniz. Bu yanlış addım indiyədək etdiyiniz bir çox müsbət işlərin üstündən xətt çəkər və şəhər sakinləri arasında ciddi narazılıq yaradar.
Hörmətli Niyazi müəllim, xahiş edirik yayılan məlumatların həqiqətə uyğun olub-olmadığı haqda şəhər sakinlərinin rəsmi şəkildə məlumatlandırması haqda göstəriş verəsiniz.
Əlavə olaraq bu məktubu imzalayanların 2 nəfər nümayəndəsini mümkün olduğu qədər tez bir zamanda qəbul etməyinizi də Sizdən xahiş edirik.
Əlaqə üçün 0505655500 (Müzadil Həsənov)
Nuşabə Məmmədli,
jurnalist Elsevər İbrahimov,
keçmiş Gəncə şəhər İH başcısı Zaur Həsənov,
elmlər dokoru, professor Camaləddin İmamqiliyev
İlyas Xəlilov
Kəmalə Cəfərli
Elmira Həsənova
İlqar Zeynalov
Butay Butayev
İlqar Xəlilov
Müzadil Həsənov
Natiq Salahov
Aynur Xəlilova
Natiq Məmmədov
Sevinc Suleymanlı
Natiq Əliyev
Mahmud Mahmudzadə
Firuq Qazıyev
Namiq Hacıhəsənli
Nadir Hacıyev
Vüsal Nağıyev Və daha 109 nəfər Gəncə sakini
P.S. Əziz dostlar, siz də bu məktubu imza atmaq istəyirsizsə ad-soyadınızı və əlaqə nömrənizi şərhdə yazın.
Qeyd edək ki, Q.Hüseynli simli kvartet, fortepiano üçün pyeslərin, dram tamaşalarına musiqinin və mahnıların, o cümlədən dünyanın bir çox ölkəsində məşhur olan "Cücələrim" mahnısının müəllifidir.
Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, təəssüf ki, qurumun rəsmi internet saytındakı telefon nömrələrinə etdiyimiz zənglərə cavab verən olmadı.
472 dəfə oxundu