"Baku Electronics" pandemiya dövründə də insanlara zülm edir - ŞİKAYƏT VAR

"Baku Electronics" pandemiya dövründə də insanlara zülm edir -
Bakı Sakini Dünya Əhmədli "Baku Electronics" şirkətindən narazılıq edir. DİA.AZ narazı vətəndaşın şikayətini təqdim edir:

"İllərdir evimizin bütün elektronik avadanlıqlarını "Baku Electronics"dən alırdıq. Təəssüf ki, xidmətin səviyyəsi bu qədər aşağı düşüb, hətta sıfırdan da aşağı, mənfiyə doğru... Operatorları telefonları müştərinin üzünə qapadırlar. Bu şirkəti tövsiyyə etdiyim bütün dostlarımdan, tanışlarımdan üzr istəyirəm.

Keçən ilin oktyabr ayında "Bosh" markalı paltaryuyan almışdıq. 3 il zəmanəti var idi. Əlavə pul ödəyib qızıl zəmanət də almışdıq. İndi zəng etmişik ki, şikayətimiz var, paltarlar "paraşok"lu qalır alandan bəri... Xahiş etdik ki, bizi bir usta ilə əlaqələndirsinlər, suallarımızı verək. Operator isə inad edir ki, usta gəlib yerində baxmalıdır, sual verməyə də qoymur. Əvəzində isə 18 manat əlavə ödəniş tələb edir. Bu normaldırmı?


"Baku Electronics" pandemiya dövründə də insanlara zülm edir -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
385 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...