İsmayıllıda səlahiyyətləri artırılan iki məmur barədə şok!

 İsmayıllıda səlahiyyətləri artırılan iki məmur barədə şok!

...Bəli başlığı düz oxudunuz, aşağıda təqdim edilən iki məmur dostu rayonda hər kəs pis əməllli kimi tanıyır. Daha doğrusu, Rövşən Yəhyayev və Vüqar Muradəliyev bu adı “gördükləri” işlərlə qazanıblar. Indi onlardan biri rayonun aqrar sahəsinə rəhbərlik edir. Hansı ki, həmin məmur vaxtı ilə əkin sahələrinə verilən subsidiyaları mənimsədiyinə görə işdən uzaqlaşdırılıb və töhmət alıb. Təsəvvür edin, indi həmin adam o işlərdə tək söz sahibidir.

Digər dost da bir müddət rayonun Gənclər idarəsinə rəhbərlik edib və orda yol verdiyi nöqsanlara görə işdən uzaqlaşdırılıb. Sonra İcra hakimiyyətində iş verilib. Amma burda da yol verdiyi nöqsanlara görə günü heç də yaxşı olmayıb. Həm də bu dost korrupsiya əməlindən əlavə, həm də rayonda başqa bir hərəkətinə görə də... tanınır. Bunların əvvəllər gördükləri ən yaxşı iş hər gün yemək-içmək məclisi qurmaq olub. Amma bunların ulduzu birdən- birə nədənsə parlamağa başladı. Yəhyayevin ulduzu ən sonda parladı- rayonda yeni su xəttləri çəkmək adı ilə xeyli su borusunu söküb satandan sonra vəzifəsi böyüdü.

Muradəliyevin ulduzu isə rayon rəhərliyi dəyişəndən sonra parlamağa başladı. O, bir anda İsmayıllı şəhərinin icra nümayəndəsi oldu, yəni meri.

Maraqlı da odur ki, bu iki məmur dostlar bu gün yeni başçının sağ və sol əlləridirlər. Başçının da karantinin yeni başladığı vaxtlarda dinc dayanmayıb töhmət aldığını da nəzərə alsaq, bunların yaxınlığı bir az anlaşılan olur. Hələ bu başçının töhməti necə alması Muradəliyevə daha yaxın olduğu qənaətinə gəlinir. Amma unutmamaq lazımdır ki, yeni başçıya həm də belələri lazımdır. Onda Yəhyayevin də rolu aydın bilinir. Bu da aldatmaqda, pul qazanmaqda mahirdi, həm də rayonda harda pul əldə etmək lazım olduğunu yaxşı bilir.

Bu gün görünən odur ki, bunların hər üçü bir-birinə lazımdır. Başçıya lazımdır ki, yeni gəlib ona hamı haqqında, hər şey haqqında məlumatlar verilsin, bunlara da uzun illərdir ki, əməllərindən dolayı kənara atıldıqları yerlərindən aktiv fazaya keçə bilsinlər.
R.Həsənov
İsmayıllı şəhər sakini



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
777 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...