YOLLARDAN KEÇƏN VƏ YOLLARDA KEÇƏN MƏSULİYYƏT YÜKÜ…

YOLLARDAN KEÇƏN VƏ YOLLARDA KEÇƏN MƏSULİYYƏT YÜKÜ…

O, gələcəyə və gedəcəyə yol çəkir: kiminin bu uğurlarda gözü yol çəkir, kimi də bu yollardan çəkilir…
…O, müqəddəs bir işlə məşğuldur: Azərbaycanın sabahına, gələcəyinə və gedəcəyimiz ünvanlara yol çəkir.
Bu yollar keçiləndir, gediləsidir…
Bu yoldan hamı keçir, hamımız keçirik və keçəcəyik. O isə yorulmadan, kimin nə düşünməyindən asılı olmayaraq yol çəkir. Kimlər isə ayaqdan çəkir… Deməli, onu potensial güc və rəqib bilirlər. O isə özünü yollardakı problemlərə rəqib görür! Və o, sakit, həlim və nəzakətli davranışı ilə bir çox dedi-qodulara fikir vermədən öz vəzifə səlahiyyətləri ilə məşğuldur. Özü də bu təkcə Prezidentin onun qarşısına qoyduğu vəzifə deyil, həm də onun Prezident, xalq və dövlət qarşısında məsuliyyətidir! Məhz bu məsuliyyətin dirənişi ona gətirib çıxarır ki, o yol çəkdikcə, onun yolundakılar da kənara çəkilir! Çünki bu yol Azərbaycan yoludur, elimizin-vətənimizin yoludur!
YOLLARDAN KEÇƏN VƏ YOLLARDA KEÇƏN MƏSULİYYƏT YÜKÜ…

YOLLARDAN KEÇƏN VƏ YOLLARDA KEÇƏN MƏSULİYYƏT YÜKÜ…

…Saleh Ərşad oğlu Məmmədov! Onu xeyli əvvəldən qiyabi tanıyırdım, sonralar «Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi» İdarə Heyətinin sədri vəzifəsində əyani tanımalı oldum.
Bəli, iş olan yerdə problem də olacaq, adi və təbii problemi şişirdən də, bu şişirtmələrdə rol oynayan da. Amma Saleh müəllimin davranışları və öz peşəkar fəaliyyəti ilə məşğulluğu bu şişirtmə qəhrəmanlara ən yaxşı cavab kimi ortadadır.
***
…Agentliyin rəsmi saytındakı fəaliyyəti dəfələrlə izləmişəm. Saleh Məmmədovun rəhbərliy dövründə görülən işləri-çəkilən yolları nəzərdən keçirəndə onun peşəkarlığına əlavə şərh verməyə zərurət və yol da qalmır. Prezident İlham Əliyevin hər başa çatan yol layihələrin açılışındakı iştirakı da səbəbsiz deyil. Çünki yol dövlətindir, xalqındır, hamımızındır və ondan hamımız keçirik. Deməli, keçdiyimiz bu yol təmiz, hamar və davamlı-dözümlü, etibarlı olmalıdır. Saleh Məmmədovun yollarında hələki əks halları görmürük.
Əslində, onun peşəkarlığının bünövrəsində də keçdiyi fəaliyyət və həyat yolu bir nümunəvi məktəb kimidir.
Bilməyənlər üçün qısa arayış: S.Məmmədov 1958-ci ildə anadan olub. Ali təhsillidir. 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Sənaye və mülki tikinti” və 2015-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” fakültələrini bitirmişdir. S.Ə.Məmmədov əmək fəaliyyətinə 06.08.1980 - 15.10.1980-ci illərdə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventar Bürosunda mühəndis kimi başlamışdır. 1980-1982-ci illərdə Sovet Ordu sıralarında hərbi xidmət etdikdən sonra 1982-ci ildə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Mərkəzi Texniki İnventar Bürosunda mühəndis kimi fəaliyyətini davam etdirmişdir. 1982-1991-ci illərdə “Yoltəmirtikinti” Baş İdarəsinin 1 saylı Yol Tikinti İdarəsində mühəndis, baş mühəndis, rəis; 1991-1993-cü illərdə “Azərneft” Yol Tikinti Təmir Trestinin 3-saylı Yol Tikinti İdarəsində rəis; 1994-1995-ci illərdə “Azkommunkomplekttexnika ” İstehsalat Birliyində rəis; 1995-2003-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətinin Körpü Tikinti Trestinin rəis mavini, 1 saylı Yerli Avtomobil Yolları İdarəsinin rəisi, Siyəzən 4-saylı Yol istismar İdarəsinin rəisi, 1 saylı Yol İstismar İdarəsinin rəisi; 2003-2015-ci illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentinin 1 saylı Yol İstismar İdarəsinin rəisi, daha sonra “Azəryolservis” ASC-nin 1 saylı Yol İstismar İdarəsinin rəisi; 19.02.2015-ci il tarixindən 28.12.2015-ci il tarixinədək Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC sədrinin birinci müavini, “Azəryolservis” ASC sədrinin vəzifəsini müvəqqəti icra edən vəzifələrində çalışmışdır. Nəhayət, Prezidentin 28 dekabr 2015-ci il tarixli Sərəncamı ilə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib (Azərbaycan Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb və Prezidentin 21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədri təyin edilib). O, Prezidentin 10.04.2012 ci il tarixli 2151 nömrəli Sərəncamı ilə “Əməkdar Mühəndis” fəxri adını daşıyır.
Bəli, bu qədər zəngin əmək və həyat təcrübəsi olan insana yol bilicisi deməkdə yəqinki yanılmarıq. O, yollarımızın gerçəkdən bilicisi, yolların dərdini bilən, nəbzini tutandır…
***
Rəsmi statistikaya baxıram: «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» tərəfindən təkcə 2019-cu il ərzində 1376,6 km uzunluğunda avtomobil yolları çəkilib (Eləcə də prospekt və küçələr tikilib, yenidən qurulub, təmir olunub). Bu yolların 139,8 km-i Respublika əhəmiyyətli olmaqdla, 908,8 km-i yerli əhəmiyyətli olmuş, 301,5 km yol Bakı şəhərində, 26,5 km isə Sumqayıt şəhərində çəkilmişdir.
YOLLARDAN KEÇƏN VƏ YOLLARDA KEÇƏN MƏSULİYYƏT YÜKÜ…
YOLLARDAN KEÇƏN VƏ YOLLARDA KEÇƏN MƏSULİYYƏT YÜKÜ…

Oxucuların bilgisini artırmaq üçün onu da əlavə edim ki, təkcə 2019-cu ildə respublika əhəmiyyətli yolların üzərində həm də 14 yeni körpü tikilmiş, 17 qəzalı vəziyyətə düşmüş körpü bərpa edilmiş, 7 yeraltı və 6 yerüstü piyada keçidində təmir işləri aparılmşıdır. Bu görülmüş işlər ümumilikdə Prezidentin imzaladığı Sərəncamlara uyğun olaraq 54 layihəni əhatə edib.
Mən bu görülən möhtəşəm fəaliyyət dairəsinə daxili investisiyalar hesabına həyata keçirilmiş ölkə əhəmiyyətli iri layihələri, eləcə də xarici kreditlər hesabına başa çatdırılmış layihələri, çəkilən yolların ətrafındakı ekologiya və yaşıllaşdırma və s. tədbirlərindən ayrıca bəhs etməklə sizi yormaq istəmədim. Çünki bu işlərin rəsmi statistikası Agentliyin rəsmi saytında vardır, ətraflı tanış olmaq olar. Lakin qısa olaraq bu layihələrə ekskursiya etdim ki, ”Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin rəhbərliyinin gördüyü işlərin əsl mahiyyəti barədə məqbul təsəvvür yaransın.
***
…Biz böyük dövlət vəsaitləri sayəsində çəkilən yolları hər gün keçirik. Rahat və təhlükəsiz olan bu yollardan keçərkən isə istərdim bunu bizə yaradan, bəxş edən ünvanları, bu işdə məsuliyyəti və zəhməti olanları da unutmayaq. Prezident cənab İlham Əliyevin çoxsaylı sərəncamlarının yekun nəticəsi və bəhrəsi olan bu yolların ağırlıq yükü isə təbii olaraq agentliyin rəhbəri Saleh Məmmədovun çiynindədir. Bu ağırlıq yükü həm də onun imza atdığı layihələrə məsuliyyətidir!
***
YOLLARDAN KEÇƏN VƏ YOLLARDA KEÇƏN MƏSULİYYƏT YÜKÜ…

…Saleh Məmmədovun çəkdiyi yollar bizi Azərbaycanın bütün nöqtələri ilə birləşdirir, bağlayır. Bu yollar bizi mənzil başına, ünvanımıza çatdırır. Bu ünvanların böyük adı Azərbaycandır-elimiz, obamız, şəhər və kəndimizdir! Saleh Məmmədovun isə həm də daha bir ünvanı var: Prezidentin qarşıya qoyduğu vəzifə məsuliyyətinin icra ünvanı! Bunlar isə az qala hər gün keçdiyimiz rahat yollarda birləşir!
Yolunuz və yolumuz uğurlu olsun!
Asif Mərzili



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
413 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...