Akademik Əmiraslanovun da xaricdə imperiyası var - Ramiz Mehdiyevin akademik dostu ilə bağlı araşdırma başlayıb?

Akademik Əmiraslanovun da xaricdə imperiyası var -
Son günlər ölkədə mühim siyasi gəlişmələr yaşanmaqdadır. Maraqlıdır ki, artıq AMEA prezidenti Ramiz Mehdiyev onu açıq tənqid edənləri sərt şəkildə tənqid edir. Baş verən yeni siyasi münasibətlərdə bəzi deputatlar, elm adamları öz mövqelərini ya dəyişdilər, ya da sədaqətli olduqlarını nümayiş etdirmək üçün mediaya açıqlama verməli oldular. Lakin Gundeminfo.az-a daxil olan informasiyalara əsasən bəzi akademiklər var ki, onlar susaraq Mehdiyevə sədaqətlərini ifadə edirlər.

Elmi statusu ilə uzun illər Mehdiyevin çətiri altında olan akademiklərdən biri də Əhliman Əmiraslanovdur. Uzun illər Tibb Universitetinin rektoru işləyən Əhliman Əmiraslanov hazırda AMEA-da oturur. Ramiz Mehdiyevin ən yaxın dostlarından hesab edilən akademikin uzun illər özün yetərincə böyük biznes, sərvət imperiyası qurduğu haqda yerli mətbuatda dəfələrlə məlumatlar yer alıb.

Sonuncu dəfə bu ilinfevralında ölkədə keçirilən parlament seçkilərində isə Ramiz Mehdiuyev onun total saxtakarlıqlarla 65 saylı Sabirabad-Saatlı-Kürdəmir seçki dairəsindən deputat etdirə bildi.

Məlumatlara əsasən Əmiraslanov uzun müddətdir ki, kənara çəkilərək həm elmi adı, həm də deputat mandatının verdiyi imtiyazlardan geninə-boluna istifadə edir. Çox maraqlıdır ki, dünən həta Mehdiyevin otağında belə müzakirələrə qatılan Əmiraslanov yaxın qohumlarının dələduzluq faktlarını, vətəndaşları aldadaraq pul alıb geri qaytarmamasına sükutla yanaşır. Lakin əvəzində Ramiz Mehdiyevə gizli olaraq dəstək verdiyi, uzun illərin dostluğuna sadiq qalacağını deyir.

Məlumat üçün bildirək ki, akademikin qardaşı oğlu Emil Əmiraslanovun barəsində bir müddət əvvəl vətəndaş Tamella Fərzəliyeva tərəfindən də şikayət olunub.

Şikayətçi bildirib ki, 115 250 manat civarında qızıl-zinət əşyaları götürüb və qaytarmayıb. İddiayaya görə, Emil Əmiraslanov həmin vəsaitin 30 000 manatlıq hissəsinin qarşılığında vasitəçilik xidməti təklif edərək iş görəcəyini vəd edib.

Lakin Ə.Əmiraslanovun əsas biznes imperiyasını oğlu idarə edir. Özü də xaricdə. Türkiyədə və Rusiyada özünə böyük imperiya quran akademiklə bağlı artıq araşdırmaların başladığı deyilir. Gundeminfo.az-a daxil oloan məlumatlara əsasən Ə.Əmiraslanovun çətiri altında oğlu, qardaşı oğlu və digər yaxın ailə üzvləri arasında bölüşdürülərək idarə edilən bizneslə bağlı araşdırmaların yaxın günlərdə nəticələri ortaya çıxacaq. Nəhayət sizlərə akademikin illərlə qurduğu biznes imperiyası haqqında yerli mediada yayılan araşdırmanı təqdim edirik:

Azərbaycan Tibb Universitetinin keçmiş rektoru, Milli Məclisin deputatı Əhliman Əmiraslanovun övladlarının biznesi əsasən Türkiyə və Rusiyanı əhatə edir.

Gundeminfo.az xəbər verir ki, bu barədə bir qədər əvvəl araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat vermişdi.

“Yəqin ki, keçmiş rektorun Azərbaycan-Türkiyə parlament işçi qrupuna rəhbər təyin olunmasında onun övladlarının bu ölkədəki biznesi əsas səbəblərdən biri olub. Fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanovun və qardaşı Azər Əmiraslanovun hər iki ölkədəki biznes şəbəkəsinə çoxsaylı tikinti şirkətləri, ticarət mərkəzləri, restoranlar və kafelər daxildir.

1. AA İÇ MİMARLIK İNŞAAT PROJE TAAHHÜT TASARIM UYGULAMA TİCARET LİMİTED ŞİRKETİ 2015-ci il aprelin 17-də İstanbul, BEŞİKTAŞ, LEVENT MAH.ÜLGEN SK.47 ünvanında 50 min lirə nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Qeydiyyat nömrəsi 971304-0-dır. Təsisçiləri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanov və Türkiyə vətəndaşı Alev Kaygazdır.

Şirkət inşaat və daşınmaz əmlak sektorunda fəaliyyət göstərir, o cümlədən yaşayış binalarının tikintisi ilə məşğul olur. Şirkətin adı şəriklərin adlarının ilk hərflərinfən götürülüb.

Alev Kaygaz Türkiyədəki biznesi idarə etməkdən əlavə London və Dubayda da tez-tez görünür. Alev Kaygaz eyni zamanda, 2K TASARIM VE İÇ MİMARLIK İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ-nin də təsisçisidir.

2. Azər Əmiraslanovun Türkiyədə təsis etdiyi digər şirkət ENERJİM E TİCARET BİLİŞİM VE YAZILIM HİZMETLERİ LİMİTED ŞİRKETİdir. 250 min lirə nizamnamə kapitalı olan şirkətin qeydiyyat nömrəsi 801011-0, hüquqi ünvanı SARIYER, MASLAK MAH.AKASYA SOK.ECLİPSE MASLAK SİTESİ F BLOK NO:5 F/4-dür. Bu ünvan İstanbjlda deputatın oğluna məxsus AĞLANÇ RESTAURANT-ın yerləşdiyi ünvandır. Elə şirkətin də kvalifikasiya sahəsinə restoran və içki məkanları, ərzaq və içki idxalı, ixracı daxildir. Azər Əmiraslanovun bu şirkətdəki şərikləri Elmir Cəbrayılov və Türkiyə vətəndaşı Emir Turacıkdır.

3. İstanbulda Əmiraslanovlara məxsus qeydiyyatdan keçmiş daha bir şirkət isə AZER GAYRİMENKUL MEDİKAL İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİdir. Bu şirkətin təsisçiləri qismində Azər Əmiraslanovdan başqa, Əhliman Əmiraslanovun digər oğlu, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov da iştirak edir.

Şirkətin qeydiyyat nömrəsi 704740-0, hüquqi ünvanı İstanbul, BEŞİKTAŞ, LEVENT MAH.ÜLGEN SK.47-dir. Əvvəldə qeyd etdiyim kimi Azər Əmiraslanovun Alev Kaygazla ortaq qurduğu şirkət də bu ünvanda fəaliyyət göstərir.

Şirkət əsasən tibbi təyinatlı olmaqla, daşınmaz əmlak sektorunda fəaliyyət göstərir.

4. Deputatın oğlu Rusiyada da indiyədək 5 şirkət qeydiyyatdan keçirib, onlardan yalnız biri fəaliyyətini dayandırıb.

"NOVİNKİ" MMC (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "НОВИНКИ") hələ Əliman Əmiraslanovun Tibb Universitetinin rektoru olduğu dönəmdə - 1996-cı ilin avqustunda Azər Əmiraslanov və şərikləri tərəfindən 8 milyon rubl nizamnamə kapitalı ilə təsis edilib (qeydiyyat nömrəsi 77160019227716). Hüquqi ünvanı Moskva, Novinki küçəsi 12 A-dır. Şirkətin adı elə bu küçənin adından götürülüb. Kolomenskoe metrosu yaxınlığındakı ünvanda şirkətə məxsus olan və hazırda "PRIMAVERA" şadlıq evi kimi fəaliyyətdə olan obyekt yerləşir.

Şirkətin təsisçilərindən biri - Nəsimi Allahverdiyev Azərbaycan Dövlət Aqrar Universitetinin yoluxmayan xəstəliklər kafedrasının mərhum professoru, şair Rübail Allahverdiyevin oğludur. Rübail Allahverdiyev Əhliman Əmiraslanovla uzun illərin dostu olub.

Daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şirkətin 2018-ci il maliyyə hesabatına görə gəlirləri 4 844 000 rubl təşkil edib.

5. Azər Əmiraslanov həmin tarixdə Nəsimi Allahverdiyevlə birgə Moskvada "Super-Kosna" MMC-ni də (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "СУПЕР-КОСНА") qeydiyyatdan keçiriblər. 1 milyon 650 min rubl nizamnamə kapitalı olan daşınmaz əmlak şirkəti Rusiya paytaxtının Novinki küçəsi 12B ünvanında təsis olunub. Sözügedən ünvanda şirkətə məxsus "PRONTO" Ticarət mərkəzi və restoran fəaliyyət göstərir.

2017-ci il maliyyə hesabatına görə şirləyin gəlirləri 8 milyon 251 min rubl təşkil edib.

6. "DİVİDEND" MMC (ООО "ДИВИДЕНД") 2010-cu ilin mayında 10 000 rubl nizamnamə kapitalı ilə təsis olunub. Şirkətin 49 faiz hissələri Azər Əmiraslanova, qalan 51 faizi isə Nəsimi Allahverdiyevin və qardaşının adına rəsmiləşdirilib, 2017-ci il maliyyə hesabatına əsasən gəlirləri 39 milyon 784 min rubl (o zamankı valyuta kursu ilə 610 min dollar) təşkil edib.

Daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şirkət Moskvada, Privolnaya küçəsi 63-də hüquqi qeydiyyatdadır. Bu ünvanda yerləşən və şərq mətbəxi təqdim edən ikimərtəbəli "Lepyoşka" kafesi "Dividend" MMC üzərindən idarə olunur.

7. Azəf Əmiraslanov "Bereq" MMC-ni (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "БЕРЕГ") nizamnamə kapitalı 10 min rubl olmaqla 2014-cü ilin sentyabrında Fail Qurbanov adlı işadamı ilə birgə qeydiyyatdan keçirib.

Şkulyova küçəsi 2a/1 ünvanında hüquqi qeydiyyatda olan şirkət restoran biznesi sahəsində fəaliyyət göstərir. Əhliman Əmiraslanovun oğlu və onun şəriki bu şirkət üzərindən həmin ünvanda "AnderSon" restoranına sahibdirlər. Şirkət hissələrinin 65 faizi Fail Qurbanova 35 faizi isə deputatın oğluna məxsusdur.

8. Azər Əmiraslanovun Moskvada şərik olduğu daha bir şirkət - "PSK" MMC (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "ПЕРВАЯ СТРОИТЕЛЬНАЯ КОРПОРАЦИЯ")

2003-cü ilin dekabrında qeydiyyatdan keçib. Tikinti sektorunda fəaliyyət göstərmiş şirkət 2013-cü ilin iyulunda ləğv edilib.

Mətbuatda yer alan məlumatlara görə Azər Əmiraslanov yaxın adamı və köməkçisi kimi tanınan Vüqar Cavadovun adına rəsmiləşdirilmiş “Azər-Türk” klinikasına və başqa bir neçə klinikalara, apteklərə, restoranlara və mağazalara da sahibdir.

Koronavirusla Mübarizəyə Dəstək Fonduna inanə edənlərin siyahısında nə Əhliman Əmiraslanovun, nə də övladlarının adları var. Bu önəmli deyil, birinə yardım etdiklərini eşidən oldumu? Əksinə deputatın oğlu Azər Əmiraslanovun adı "pul mübahisələri"ndən, məhkəmə çəkişmələrindən gəlir” – C.Həsənli qeyd edib.


Akademik Əmiraslanovun da xaricdə imperiyası var -
Akademik Əmiraslanovun da xaricdə imperiyası var -
Akademik Əmiraslanovun da xaricdə imperiyası var -
Akademik Əmiraslanovun da xaricdə imperiyası var -
Akademik Əmiraslanovun da xaricdə imperiyası var -
Akademik Əmiraslanovun da xaricdə imperiyası var -
Akademik Əmiraslanovun da xaricdə imperiyası var -
Akademik Əmiraslanovun da xaricdə imperiyası var -
Akademik Əmiraslanovun da xaricdə imperiyası var -
Akademik Əmiraslanovun da xaricdə imperiyası var -
Akademik Əmiraslanovun da xaricdə imperiyası var -
Akademik Əmiraslanovun da xaricdə imperiyası var -
Akademik Əmiraslanovun da xaricdə imperiyası var -
Akademik Əmiraslanovun da xaricdə imperiyası var -
Akademik Əmiraslanovun da xaricdə imperiyası var -
Akademik Əmiraslanovun da xaricdə imperiyası var -
Akademik Əmiraslanovun da xaricdə imperiyası var -
Akademik Əmiraslanovun da xaricdə imperiyası var -
Akademik Əmiraslanovun da xaricdə imperiyası var -
Akademik Əmiraslanovun da xaricdə imperiyası var -
Akademik Əmiraslanovun da xaricdə imperiyası var -
Akademik Əmiraslanovun da xaricdə imperiyası var -
Akademik Əmiraslanovun da xaricdə imperiyası var -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
781 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...