Kəmaləddin Heydərov - Ramiz Mehdiyevin son qalası İxtiyar qocamanların son payızı

Xeyli yaşlanıb. Adamım "Aydın Əliyev" dediyi Gömrük Komitəsinin sədri Aydın Əliyev artıq hardadır bilən varmı yoxmu, bilmirik.
"Adamım Fazil" vergilər naziri Fazil Məmmədov hardadır bəlli...
"Gilan Holdinq" bütün törəmə şirkətlərinin sahibi dəyişib.
Kəmaləddin Heydərovun oğlanlarını sonuncu dəfə biz iyul savaşlarında qalib gələrkən poz verdiklərini gördük. Hansı ki, onlar xarici ölkələrdə diaspor təşkilatı qururdular. Amma indi onlar sıravi əsgər olaraq savaşa hazırlaşırdılar. Və şəkil çəkdirirdilər..
Kəmaləddin Heydərova özünü borclu bilən neçə millət vəkili var?
Nə qədər icra başçısı Kamal müəllim deyə müraciət etdiyi şəxs var rayonu idarə edir. Deyəsən sonuncu dəfə Neftçalanın və İmişlinin icra başçısı da həbs olunublar. Cənab Prezidentin tapşırıqlarını, tələblərini icra etməyiblər.
Bəlkə bir gün Kəmaləddin Heydərov da istefaya göndərilsə, nə qədər onu "ağsaqqal" adlandıran" deputatlar söz demək üçün saytların e-mail poçtlarında növbəyə duracaqlar...
Bir neçə həftə əvvəl Kəmaləddin Bəyin ad günü idi...
1484 dəfə oxundu