Ramiz Mehdiyevin Göyçaydakı malikanəsini kim tikib? Ziya Məmmədov və xalası oğlunun "əl işi"
Ziya Məmmədov nəqliyyat naziri olduğu və özünün xalası oğlu Mənsur Məmmədov Göyçayın icrabaşı olduğu vaxtlarda, zamanın administrasiya rəhbəri Ramiz Mehdiyevə Göyçayın Hüngütlü kəndində saray tikdirib və ona hədiyyə edib. Xalaoğlu Mənsur Məmmədov hazırda Ziyanın rayonu olan Ucarda icra başçısıdır.
20 hektar əraziyə sahib malikanədə bahalı dekorativ ağaclar və cürbəcür meyvə ağacları ilə birlikdə süni göl də var. 2014-cü ildə tikilib. Ondan əvvəl ərazi düzənlik olub.
Özləri orda oldu-olmadı xadim və xadimələr ilin bütün günləri yaxınlıqdakı daxmalarda yaşayır və saraya nəzarət edir, təmizləyirlər. Bunun üçün də müəyyən məbləğ vəsait alırlar.
Azərbayxan xalqının sərvətlərini oğurlayıb bir-birlərinə görün necə hədiyyələr ediblər və hələ də etməyə davam edirlər, çünki sistem dəyişməyib, şəxslər dəyişib - Gundeminfo.az xəbər verir ki, bu barədə jurnalist Həbib Müntəzir öz facebook hesabında məlumat verib.
Görüntülərə buradan baxa bilərsiniz: =AT1xtPjB27ZzJeitn1Bk7uSip7359Vg7PjwXi8di_V2NMWl1xQ87OMxwEiqX9gVrGKo2df2hS3hzVA11gNcAxKz1b-F8a6BwU5HQS4Go5fZpppScQk8sAkCHPT_Em0WLByxDfQkSIoC6IUnkmPiKIirJQx3LyHHN0_Mb0OuGRF2LpH9IFg]BURADAN BAXA BİLƏRSİNİZ
375 dəfə oxundu