“Şərurlu İsfəndiyar Ramiz Mehdiyevin adamı olduğuna görə məhkəmələr onun xeyrinə qərar verir”

“Şərurlu İsfəndiyar Ramiz Mehdiyevin adamı olduğuna görə məhkəmələr onun xeyrinə qərar verir”

Bakıda hündürmərtəbəli binaların tikintisi ilə məşğul olan iş adamı İsfəndiyar Axundovun adı tez-tez müxtəlif qalmaqallarda hallanır. “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovdan şikayətçi olanlardan biri də təqaüdçü Arif Hüseynovdur. Deyir ki, hüquqlarını müdafiə etmək üçün məhkəmələrə üz tutub. Amma məhkəmələr də “o, Ramiz Mehdiyevin adamıdır” deyə eşitdirərək, onun şirkətinin əleyhinə qərar çıxara bilməyiblər.

Bizimyol.info xəbər verir ki, Arif Hüseynov kömək üçün Prezident İlham Əliyevə üz tutub. Prezident Administrasiyasına ünvanladığı məktubunda yazıb ki, qarşı tərəfin özbaşınalığı üzündən illərdir ki, yaşadığı mənzilə mülkiyyət hüququnu təsdiqləyən çıxarış ala bilmir.

“Şərurlu İsfəndiyar Ramiz Mehdiyevin adamı olduğuna görə məhkəmələr onun xeyrinə qərar verir”


Arif Hüseynov

Arif Hüseynov 2007-ci ildə “Şərurlu İsfəndiyar”ın rəhbərlik etdiyi tikinti şirkətlərindən birindən – “Şaiq” Mənzil-Tikinti kooperativinin paytaxtın 9-cu mikrorayon ərazisində, Pəşəvəri küçəsi 3245 saylı məhəllədə inşa etdiyi binadan üçotaqlı mənzil almaq istəyib: “Hər kvadrat metri 600 dollardan 130 kvadrat metrlik üçotaqlı mənzilə görə ilkin ödəniş kimi, 31 min dollar ödədim. Qalan məbləği də aylıq ödəməliydim Ayda 1000 dollardan olmaqla, 5 ay ödəniş etdim. Cəmi 36 min dollar ödədim. Sonra işimdəki uğursuzluq və xəstəliyimlə əlaqədar ödəyə bilmədiyimə görə pulumun geri qaytarılması üçün şirkətə müraciət etdim…”

Arif Hüseynovun sözlərinə görə, şirkət rəhbərliyi onu xeyli yubadıb, axırda da deyib ki, mənzili başqasına satandan sonra yeni alıcıdan pulu götürüb ona qaytara bilər. Arif Hüseynov pulun ümumiyyətlə, geri qaytarılmaması təhlükəsini də gördüyünə görə qərara gəlib ki, o məbləğə elə həmin binada 1 otaqlı ev alsın: “2007-ci il sentyabrın 15-də şirkət rəhbərliyi həmin ilin martında bağladığımız, üçotaqlı mənzillə bağlı müqaviləni geri aldı. Eyni binada sahəsi 51 kvadrat metr olan 1 otaqlı mənzillə təmin olunmağım barədə yeni müqavilə bağladılar. Yeni müqavilədə şirkət rəhbərliyi mənzilin hər kvadrat metrinin 700 dollardan hesablanacağını bildirdi. Mən buna etiraz etdim, yeni müştəri olmadığımı xatırlatdım. Etirazım nəticə vermədi. Əlimdə sənəd olsun deyə, çarəsiz qalıb, müqaviləyə imza atdım. Stress vəziyyətində imzaladığıma görə də orada olan kobud səhvləri və uyğunsuzluqları sonradan gördüm”.

Müqavilədəki səhv və uyğunsuzluqlara gəlincə, Arif Hüseynov şikayətində onları da sadalayır. Deyir ki, müqavilə 2007-ci il sentyabrın 15-də bağlanıb. Amma sənədin əvvəlində üçotaqlı mənzilə görə imzalanmış öncəki müqavilənin vaxtını -15 mart 2007-ci il yazıblar. Sonunda isə “Payçı”nın rekvizitləri qrafasında isə 3 sentyabr 2007-ci il tarixi qeyd olunub.

Bundan başqa, müqavilədə “Payçı müqavilə bağlanan gün 34000 ABŞ dolları məbləğində ilkin ödəniş edir” yazılıb. Əslində isə 36 min ödənilib və bunu təsdiqləyən qəbzlər də var.

Müqavilədə payçının sonrakı 1 il ərzində də hər ay 530 dollar ödəniş etməsi öhdəliyi əksini tapıb. M.Hüseynovun sözlərinə görə, mənzilin hər kvadrat metrinin dəyəri və ödənilən vəsaiti hesablayanda belə çıxır ki, müştəri 54,72 kvadrat metrlik mənzil alıb. Müqavilədə isə 51 kvadrat metr göstərilib.

Mənzil sahibinin sözlərinə görə, müqavilə bağlananda binanın iki ilə təhvil veriləcəyi vəd olunub. Amma reallıqda təmirə 5 il sonra – 2012-ci ildə razılıq ala biliblər. Bu müddət ərzində də kirayə qalıb, əlavə pul itiriblər.

Hazırda ailəsi, o cümlədən yetkinlik yaşına çatmış iki övladı ilə sözügedən mənzildə yaşadığını deyən Arif Hüseynovun sözlərinə görə, ondan illərdir ki, 54,72 kvadrat metrə görə kommunal ödənişlər alınır. Üstəlik, əlavə pul da tələb olunur: “2016-cı ilin aprelində bir neçə dəfə elektrik enerjisi kəsildi. Maraqlananda dedilər ki, şirkətə mənzilin pulundan borcumuz qalıb, ona görə kəsiblər. Mənzilin sahəsini şişirib məndən əlavə 6720 dollar ödəməyi tələb edirlər. Mən mənzilin dəqiq sahəsini müəyyən etmək üçün Layihə İnstitutunun mütəxəssisinə müraciət etdim. Məlum oldu ki, heç 51 də deyil, cəmi 47 kvadrat metrdir”.

Arif Hüseynov sənədləri də götürüb, “Şərurlu İsfəndiyar”ın qəbuluna gedib. Ona izah etmək istəyib ki, şirkətə borcu olmadığı halda, ona problemlər yaradırlar, buna son qoyulsun. Amma İ.Axundov vətəndaşı qəbul etmək istəməyib: “Qəbul otağında hansı məsələdən ötrü gəldiyimi soruşdular. İzah etdim, sənədləri göstərdim. Aparıb İsfəndiyar Axundova göstərdilər. Qayıdıb dedilər ki, “sizi qəbul etmək istəmir, deyir, ya 54,72 kvadrat metrin pulunu tam ödəsin, ya da nə bilir eləsin, getsin versin məhkəməyə”. Mən də bu pensiya yaşımda ilk dəfə məhkəməyə müraciət etməli oldum”.

Məhkəmə prosesi zamanı ekspertiza təyin edilib, bir daha təsdiqlənib ki, mənzilin sahəsi cəmi 47 kvadrat metrdir. Amma yenə də onun şikayəti təmin olunmayıb.

“Göründüyü kimi, ikinci müqavilədə mənzilin hər kvadrat metrinin dəyərini 100 dollar artırmaqla 5472 dollar, mənzilin sahəsini də 7,72 kvadrat metr artırmaqla 5404 dollar – ümumilikdə 10 min 880 dollar artıq pul tələb edirlər. Bu hələ birotaqlı mənzil üçündür…

İsfəndiyar Axundovun adı gələndə hər kəs onun Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin adamı olduğunu, ona arxalanıb dövləti və qanunları saya salmadığını, onun özü və şirkətilə bağlı məhkəmələrin hamısını bu səbəbdən “udduğunu” deyirlər.

Xahiş edirən, İsfəndiyar Axundovun qanunsuz əməllərinin qarşısının alınmasına, hüquqlarımın bərpasına kömək edəsiniz. Onun özbaşnalığı üzündən mən dəyərindən artıq ödəniş etdiyim halda, mənzilimə bu günə qədər çıxarış ala bilmirəm”,- Arif Hüseynov Prezident Administrasiyasına şikayətində yazır.

“Şərurlu İsfəndiyar Ramiz Mehdiyevin adamı olduğuna görə məhkəmələr onun xeyrinə qərar verir”
“Şərurlu İsfəndiyar Ramiz Mehdiyevin adamı olduğuna görə məhkəmələr onun xeyrinə qərar verir”
“Şərurlu İsfəndiyar Ramiz Mehdiyevin adamı olduğuna görə məhkəmələr onun xeyrinə qərar verir”
“Şərurlu İsfəndiyar Ramiz Mehdiyevin adamı olduğuna görə məhkəmələr onun xeyrinə qərar verir”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
566 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...