Deputat Jalə Əhmədova: "Mən siyasətdən uzaq durur və İp Man-ın serialları ilə maraqlanıram»

Deputat Jalə Əhmədova:
“Deputat olsam da, bir az siyasi məsələlərdən uzaqda dayananlar sırasındayam”.

Virtualaz.org bildirir ki, Milli Məclisin deputatı Jalə Əhmədovanın bir neçə gün öncə dediyi bu sözlər yerli KİV-də, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, 39 yaşlı Jalə Əhmədova əvvəllər Çin döyüş sənəti “vinq-çun”la maraqlanıb. Parlamentə seçilməzdən əvvəl, uşunun tətbiqi istiqamətindəki təlimlərə meylindən əlavə, Dövlət Təhlükəsizliyi Xidmətində vəkil işləyib.

Görünür, Jalə Əhmədova buna görə jurnalistlərə açıq şəkildə etiraf edib ki, siyasətlə məşğul olmaq üçün hələ kifayət qədər təcrübəsi yoxdur. Lakin bu nüans salyanlıların uşu idmançısının lehinə seçim etmələrinə mane olmayıb.

“Mən hələ özümü, o səviyyədə güclü bir siyasətçi, siyasi fikirlərə malik olan deputatlardan hesab etmirəm. Çünki bu yolda təzəyəm. Biz hələ indi-indi addımlamağa başlayırıq. Ümid edirəm, yəqin ki, bu 5 il ərzində mən də siyasi mövqeyimi tam peşəkar səviyyədə ortaya qoya biləcəyəm”, - deyə millət vəkili bildirib.

Stalin illərində çox populyar olan əfsanəvi "Zoluşka" filmindən bir ifadə yada düşür. Sehirli oğlanın pəriyə etdiyi etirafı xatırlayırsınız: "Mən sehrbaz deyiləm, sadəcə öyrənirəm".

“Millət vəkili seçilənə qədər müəyyən dövlət strukturlarında iş təcrübəm olub. Bakı Apellyasiya Məhkəməsində, Energetika Nazirliyində, özəl banklarda çalışmışam. Sonuncu iş yerim Xüsusi Dövlət Mühafizə Xidməti olub”, - deyə J.Əhmədova vurğulayıb.

Jalə Əhmədova “Bəs bir Azərbaycan qadını olaraq bu cür döyüş növü ilə məşğul olmağınıza nə səbəb oldu” sualına cavabında deyib: “İp Man-ın filmlərinə baxıb oradan özümdə belə bir həvəs yarandığını gördüm”.

Deputat, həmçinin qeyd edib ki, ilk təhsilini qalmaqalları ilə məşhur olan rektor Elşad Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Beynəlxalq Universitetində (ABU) alıb. Qeyd edək ki, bu universitet çoxsaylı korrupsiya qalmaqalları ilə tanınırdı və bir qayda olaraq, ora qəbul imtahanlarında uğursuz nəticə göstərən abituriyentlər düşürdülər.

“Universitetə daxil olana qədər ali təhsilin ciddiyətinə o qədər də önəm vermirdim. Mənim üçün ailə və övladlarımın tərbiyəsi əsas idi. Ona görə də, ABU-nu seçdim. Bilirsiniz, o vaxt ora qəbul olunmaq çox rahat idi”, - deyə deputat daha bir etiraf edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
842 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...