İrəvan “İskəndər”dən istifadə edərsə, Bakı adekvat cavab vəd etdi

İrəvan “İskəndər”dən istifadə edərsə,

Ermənistan tərəfindən “İskəndər” komplekslərindən istifadəyə Azərbaycan Silahlı Qüvvələrinin adekvat cavabı var.

Bu barədə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov “RİA Novosti”yə bildirib.

“Təəssüf ki, erməni tərəfindən hər şey gözləmək olar. Hərbi baxımdan cavab tədbirlərinin nə olacağını izah etmək mənim üçün çətindir... Əminəm ki, Azərbaycan Silahlı Qüvvələrinin adekvat cavabı var”, - deyə o bildirib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsun Ovannisyan “İskəndər” raket komplekslərindən və hücum təyyarələrindən istifadə edə biləcəklərini demişdi.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
167 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...