Araik Arutyunyan hansısa zirzəmidə qocaları yığıb dedi: “Vəziyyətimiz kirtikdir...”

Araik Arutyunyan hansısa zirzəmidə qocaları yığıb dedi:

Bu gün Dağlıq Qarabağdakı qondarma erməni rejiminin başçısı, cəmi bir neçə gün əvvələ qədər lovğa bəyanatlar verib “müdafiə ordusunun” cəbhədə göstərdiyi “şücaətlərdən” danışan, gah “ön xəttə gedən”, əslində isə hansısa kolluqda gizlənib qoca-qoltaq erməni yaraqlılarını döyüşə səsləyən Araik Arutyunyan indi vəziyyətin acınacaqlı olduğunu etiraf edir.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Arutyunyan bu dəfə Facebook-da hansısa zirzəmidə çəkilmiş fotolarını paylaşıb. Burada o, bir qrup yarımhərbi geyimli erməninin əhatəsindədir.

Araik Arutyunyan hansısa zirzəmidə qocaları yığıb dedi:


“Situasiya kritik olaraq qalır. Mən özünümüdafiə dəstələri ilə fəal görüşlər keçirirəm. Hamımız bir nəfər kimi torpaqların müdafiəsinə qalxmalıyıq. Ortada vətənin xilası məsələsidir”,-Arutyunyan yazıb. O bildirib ki, cəbhəyə birinci Qarabağ müharibəsinin iştirakçıları yollanırlar.
Araik Arutyunyan hansısa zirzəmidə qocaları yığıb dedi:

Göründüyü kimi hərbi əməliyyatların llk günlərində lovğa bəyanatlar verib cəbhədə “erməni ordusunun bir addım da geri çəkilmədiyini” deyən qondarma rejim başçıları və Ermənistan hərbi təbliğatçıları son günlər vəziyyətlərinin acınacaqlı olduğunu etiraf etməyə başlayıblar. Bu da Azərbaycan ordusunun düşmənə vurduğu sarsıdıcı zərbələrə dair təkzibedilməz sübutların yayılması və Ermənistan ordusunun hərbi texnika, canlı qüvvə itkilərinin həndəsi silsilə ilə artması ilə bağlıdır. Belə vəziyyətdə Ermənistanın cəbhəyə birinci Qarabağ müharibəsində iştirak etmiş 50-60 yaşlı qocaları avtomatla silahlandırıb göndərməsi düşmənin müqavimət imkanlarının necə tükəndiyini sübut edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
489 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...