Erməni Qarabağda yaşaya bilmək üçün Azərbaycana tabe olmağa məhkumdur

Erməni Qarabağda yaşaya bilmək üçün Azərbaycana tabe olmağa məhkumdur

Dağlıq Qarabağda məskunlaşan Xankəndi və bir neçə kiçik yaşayış massivində Azərbaycan olmadan ermənilərin yaşaması faktiki olaraq mümkünsüzdür. Dünyada hərbi və siyasi dəngələri, demoqrafiq şəraiti, ən əsası sülhün bərqərar olmasını şərtləndirən əsas faktor iqtisadi gücdür. Bu gün Azərbaycan ərazisi olan Xankəndinə yüzlərlə erməni əhalisi geri köçürülür. Eyni zamanda bir neçə kiçik yaşayış massivinə də həmçinin. İndi bir çoxlarını narahat edən əsas məqamlara diqqət edək:
Ermənilərin faktiki olaraq Qarabağda Azərbaycan olmadan yaşaması fiziki baxımdan mümkün deyil. Xəritəyə diqqətlə baxaq. İşğalın davam etdiyi illər ərzində Dağlıq Qarabağ və ətraf rayonlarda mövcud olan ermənilər elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyunu haradan alırdı? Əlbəttə ki, indi Xankəndində məskunlaşan azca ağılı olan erməni anlayır ki, artıq Azərbaycan olmadan orada yaşamaq mümkün deyil.

1. Hazırda Dağlıq Qarabağın 12-13 faizlik hissəsində qalan ermənilər 30 ilə yaxın müddətdə təbii qazı İran İslam Respublikasından alırdılar. İşğal altında olan 134 kilometrlik İran Qarabağ sərhəddindən keçməklə farslar işğalçı ermənilərin Qarabağda təbbi qaz təchizatını tam yerinə yetirirdi. İran qaz təminatını işğal altında olan Cəbrayıl, Zəngilan və Füzuli rayonları ərazisindən bütün işğal zonasında mövcud olan yaşayış massıvlərinə ötürürdü. Hazırda 30 ilə yaxın müddətdə separatçılarla İran arasında olan magistral qaz xətti Azərbaycanın nəzarəti altındadır. İran separatçılara təbbi qazı elektrik enerjisi ilə əvəzləyirdi. Qarabağdakı separatçı rejim isə Xudafərin Su Elektrik Stansiyası vasitəsilə illik istehsal edilən 500 milyon kilovat saata yaxın elektrik enerjisinin 60 faziə yaxın həcmini İrana təbii qaz əvəzi olaraq verirdi. Hazırda Xudafərin Elektrik Stansiyası Azərbaycanın nəzarətindədir. Deməli indi Xankəndində yaşamaq istəyən erməni anlamalıdır ki, bundan sonra istifadə edəcəyi mavi qazın pulunu Azərbaycan dövlətinə ödəyəcək.

2. Elektrik enerjisi təchizatı üzrə də Xankəndinin təminatı alternativi yoxdur. Yalnız Azərbaycan ərazisindən istifadə\ etməklə, Zəngilan, Qubadlı və ya Füzuli istiqamətindən elektrik enerjisindən istifadə edilməlidir ki, bunun üçün də Azərbaycan dövlətinə hər bir vətəndaş kimi erməni əsilli vətəndaş da vahid tarifə uyğun ödəniş edəcək. Burada alternativ siyasi və ya hansısa diplomatik variantın işləməsi də mümkün deyil. Hətta ermənistan istəsə belə Azərbaycan ərazisindən Xankəndinə, Xocalıda yaşayan vətəndaşına ayrıca elektrik enerjisi və ya qaz xətti çəkə bilməz. Ortada üçüncü ölkə də yoxdu, söhbət İrandan gedir.

3. Təsərrüfat və içməli su təchizatı ilə bağlı da tam olaraq Azərbaycan Respublikasına məxsus olanlardan istifadə ediləcək. Birmənalı olaraq bütün ərazilərdə vahid tarif, vahid şəkildə su qaynaqlarından istifadə edilməklə hər bir Azərbaycan vətəndaşına eyni qaydada tarif tətbiq ediləcək. Yəni bütün ətraf ərazilər, içməli və təsərrüfat suyu təminatını Azərbaycan Respublikası həyata keçirəcək. Hansısa erməni əhalisi üçün ayrıca içməli su xətti və ya əkin sahəsini suvarmaq üçün ayrıca kanal qazılmayacaq. Təbii olaraq da nə ikinci, nə də üçüncü ölkənin su təchizatında iştirakı qətiyyən mümkün deyil.

4. Ticarət münasibətləri. Ərzaq təminatı, nəqliyyat, marşrut imkanları və sair sadalanacaq onlarla fakt var ki, ermənilərin bu gün hələ də özlərini inandırmağa çalışdıqları yalanlarının onları fəlakətə sürüklədiyini dərk etdirəcək.

Bundan başqa bu gün hələ də mövcud reallıqları qəbul etmək istəməyən kiçik separatçı qruplar Qarabağda siyasi olaraq nəyəsə nail olmağa çalışır. Hansısa xüsusi imtiyaz və statusdan bəhs edirlər. Lakin günün iqtisadi, sosial, məişət imkanları dərk edəndən sonra ən axırıncı xseparatçı düşüncədə olan ünsür də bütünlüklə işğal ərazilərinin qeyd-şərtsiz olaraq Azərbaycan Respublikasının ayrılmaz hissəsi olduğunu qəbul edəcək.

Razi Abasbəyli
İqtisadçı-ekspert

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
144 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...