Şəki şəhər İcra Hakimiyyəti bələdiyyə üzvünə yarım milyonluq tender "verdi"? - FOTO

Bir il ərzində 566 min manatlıq tender "cekpot"u, bələdiyyə mandatı, üstəlik şəhərin Zərifə Əliyeva küçəsində ikimərtəbəli ticarət binası.
Bundan əvvəl bələdiyyədə baş torpaq mütəxəssisi kimi "parlaq təcrübəsi" olub.
Teref.az olaraq qeyd etmək istəyirik ki, “Abadlıq Təmir Təmizlik” MMC 05.02.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Əfəndizadə Hafiz Amil oğludur.
Onu da bildirək ki, 1990-cı ildə anadan olan Əfəndizadə Hafiz Şəki bələdiyyəsinin üzvüdür. “Abadlıq Təmir Təmizlik” MMC dövlət qeydiyyatına alınan zaman Hafiz Əfəndizadə Şəki bələdiyyəsində baş torpaq mütəxəssisi vəzifəsində çalışıb. 2019-cu ilin dekabr ayında keçirilən bələdiyyə seçkilərində namizədliyini irəli sürərək Şəki şəhər bələdiyyəsinə üzv seçilib.
Qeyd edək ki, “Bələdiyyə üzvünün statusu haqqında” Qanunun 13-cu maddəsinin tələblərinə görə, əmək haqqını bələdiyyədən alan bələdiyyə üzvünün əsas iş yeri bələdiyyə hesab olunur.
Gundeminfo.az olaraq qarşı tərəfində mövqeyini işıqlanrımağa hazırıq!
531 dəfə oxundu