Bakıda hərbi parad başlamaq üzrə CANLI

Bakıda hərbi parad başlamaq üzrə

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Türk Şəhidliyini ziyarət edib.

Dövlət başçıları türk şəhidlərinin şərəfinə ucaldılan abidənin önünə əklil qoyublar və şəhidlərin ruhuna dualar oxuyublar.

***

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Şəhidlər xiyabanını ziyarət edib.

Prezidentlər “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar və şəhidlərin ruhuna dualar oxuyublar.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Unikal.org xəbər verir ki, dövlət başçıları Ulu Öndərin məzarı önünə əklillər qoyublar.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
529 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...