İcra başçısı oğlunun tikdirdiyi ticarət obyektinin istismarına icazə verdi - FOTOFAKT

Yeniavaz.com xəbər verir ki, ümumi sahəsi 362,6 kv. metr olan obyektin sahibi Alxasov İlkin Şair oğludur.
Tikintisinə 2018-ci ildə başlanılan obyektin sahibi eyni zamanda tikintinin istismarına icazə verən quruma rəhbərlik edən şəxsin - Qusar rayon İcra Hakimiyyəti başçısı Şair Alxasovun oğludur.
Qeyd edək ki, Alxasov Şair Balaşərif oğlu 1958-ci ildə Qusar rayonunun Çətkün kəndində anadan olub. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışıb. İcra Hakimiyyətinin Başçısı vəzifəsində 18.12.2007-ci il tarixindən çalışır. Ailəlidir, 1 oğlu, 2 qızı vardır.

641 dəfə oxundu