Nadir Nəsibov Qarabağ qazisini öldürən biznesmenin oğlunu işdən çıxardı - FOTOFAKT

Nadir Nəsibov Qarabağ qazisini öldürən biznesmenin oğlunu işdən çıxardı  -
Keçmiş Dövlət Əmlak Komitəsinin sədri Nadir Nəsibov biznesmen oğlu Mirzə Bəşirovu vəzifəsindən uzaqlaşdırıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, bir müddət Basketbol Federasiyasının rəyasət heyəti üzvlüyünə qəbul edilən Mirzə Bəşirovun adı həmin siyahıdan silinib.

Qeyd edək ki, bir müddət əvvəl M.Bəşirova federasiyada vəzifə verilməsi ilə bağlı xəbər vermişdik.

Xatırladaq ki, biznesmen oğlu Mirzə Bəşirov ötən ilin iyul ayında idarə etdiyi “Silverado” markalı minik avtomobili ilə piyada yolu keçən Qarabağ qazisi Azər Məmmədovun ölümünə səbəb olmuşdu. Mətbuatda gedən məlumata görə, Mirzə Bəşirov həmin hadisədən sonra həbs olunmayıb.

Qəza zamanı KVN-nin aktyoru Emil Abbasovun da M.Bəşirovun avtomobilində olduğu qeyd edilmişdi.


Nadir Nəsibov Qarabağ qazisini öldürən biznesmenin oğlunu işdən çıxardı  -
Nadir Nəsibov Qarabağ qazisini öldürən biznesmenin oğlunu işdən çıxardı  -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1621 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...