Atasına qızıldan heykəl qoyduran başçının şübhəli tender ortaqları - ARAŞDIRMA

 Atasına qızıldan heykəl qoyduran başçının şübhəli tender ortaqları -

2020-cu ildə Hacıqabul rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1milyon 146 min 046 manat məbləğində 5 tender keçirilib.

DİA.AZ-ın məlumatına görə, İcra hakimiyyəti 3 tenderə 776 min 206 manat xərcləyib.

Hacıqabul Rayon Icra Hakimiyyətinin keçirdiyi ən böyük tenderi MUĞAN-KİTT ŞİRKƏTİ MMC udub. Bele ki, MUĞAN-KİTT ŞİRKƏTİ MMCdəyəri 445 min 548 manat olan tenderin qalibi olub.

Dia.az 2020-cu ildə Hacıqabul Rayonunda keçirilən tenderləri təqdim edir.
 Atasına qızıldan heykəl qoyduran başçının şübhəli tender ortaqları -

Atasına qızıldan heykəl qoyduran başçının şübhəli tender ortaqları

DİA.AZ xatırladır ki, atasına qızıldan heykəl qoydurması ilə gündəmə gələn Hacıqabul rayon icra başçısı Rüstəm Xəlilovun populyar tender ortağı - "Muğan-KİTT” MMC-nin adı yerli KİV-də ŞÜBHƏLİ ŞİRKƏT kimi xarakterizə olunmaqdadır.

Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, "Muğan-KİTT” MMC 12 iyul 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 6 AZN olan MMC-nin hüquqi ünvanı Muğan ŞTQ (Şəhər Tipli Qəsəbə), Muğan qəsəbəsində yerləşir. "Muğan-KİTT”in qanuni təmsilçisi isə Əzizli İlham Əliseyran oğludur.

Açıq mənbələrdə İlham Əzizli barəsində hər hansı məlumat yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
295 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...