Benzinin qiymət dəyişikliyilə bağlı sözlərini danan deputat Nurlan Həsənovun SƏS YAZISI

Benzinin qiymət dəyişikliyilə bağlı sözlərini danan deputat Nurlan Həsənovun
Tarif Şurasının qərarı ilə yanvarın 5-dən etibarən Azərbaycanda Aİ-92 markalı benzinin və dizelin qiymətində edilmiş dəyişikliklə bağlı Yenicag.az-ın əməkdaşına açıqlama verən Milli Məclisin deputatı Nurlan Həsənov daha sonra saytımıza dediklərini danaraq “Yeni Çağ” Media Qrupunu onun sözlərini təhrif etməklə suçlayıb.

Nurlan Həsənov özünün “Facebook” hesabından paylaşım edərək, “Müsahibədə Almaniya ilə Azərbaycan müqayisə edilməmişdir! Sadəcə dünyada neftin qiymət artımına bağlı bütün ölkələrdə qiymət artımı ola biləcəyini bildirmişəm, o cümlədən Almaniyada! Məsələn dizelin qiyməti 11 sent artıb!

“Azərbaycanla müqayisədə Almaniyada neftin qiyməti xeyli yüksəkdir” başlıqlı xəbər feyk (yanlış) xəbərdir, fikirlərim tam təhrif olunub! Yeniçağ portalına qarşı ən qısa zamanda hüquqi prosedur başladacağıq!”, – deyə qeyd edib.

Dediyi sözlərin arxasında dura bilməyərək “Yeni Çağ” Media Qrupunun fəaliyyətinə kölgə salacaq iddialar səsləndirən deputat Nurlan Həsənovun diqqətinə çatdırmaq istərdik ki, ictimaiyyət qarşısında öhdəliyi olan şəxslərin böhtan və iftira xarakterli əsassız fikirlər bildirməsi qəbuledilməzdir və qeyri-peşəkarlığın göstəricisidir.

Qeyd edirik ki, Nurlan Həsənovun heç bir fikri əməkdaşımız tərəfindən təhrif olunmayıb, əksinə, olduğu kimi oxuculara çatdırılıb.
Gundeminfo.az olaraq qeyd edək ki, bu gün sosial şəbəkələrdə millət vəkilinin yaydığı postun screen shotu paylaşılıb. Həmin postu təqdim edirik:

Benzinin qiymət dəyişikliyilə bağlı sözlərini danan deputat Nurlan Həsənovun

Nurlan Həsənovun saytımıza verdiyi açıqlamanın səs yazısını təqdim edirik:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
843 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...