Səfər Mehdiyev ödənişləri azalda-azalda gedir - amma sonucda yenə planı 105 faiz icra edir

Gundeminfo.az komitənin açıqladığı göstəricilərə istinadən bildirir ki, bu göstərici ilin əvvəli ilin eyni dövrü ilə müqayisədə 12,3% və ya 49 milyon 558,6 min manat aza olub.
Dekabr ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 103 milyon 613,2 min manat təşkil edib. Ay ərzində dövlət büdcəsinə 230 milyon 415 min manat ƏDV üzrə daxilolma olub.
Dekabrda aksizlər üzrə büdcə daxilolmaları 15 milyon 381,7 min manat olub. Yol vergisi üzrə daxilolmalar isə dekabr ayında 3 milyon 315,9 min manat olub.
Gundeminfo.az xatırladır ki, adətən Dövlət Gömrük Komitəsi ilin yekunları ilə bağlı rəqəmlərində ümumi vergi ödənişlərini 105 faiz yerinə yetirməsi ilə bağlı açıqlamalar verir. Çox maraqlıdır ki, ötən ilin yekunlarına dair ümumi vergi yığımlarının artdığına dair rəsmi hesabat bu ayın əvvələrində açıqlandı. İndi iisə DGK hissə-hissə hesabatlar, yığımlarla bağlı statistik bilgilər açıqlayır. Və əlbəttə ki, azalma, ötən ilin eyni dövrü ilə müqayisədə milyonlarla manat həcmində ölçülür. Əgər 2019-cu ildə vergi və rüsumlar üzrə yığımlar 400 milyon manat idisə, cari ilin ilk ayında azalma 60 milyon manata qədər olub. Deməli bu tendensiya qarşıdakı aylarda da davam edə və nəticə etibarilə də Səfər Mehdiyevin iddia etdiyi rəqəmlər heç də reallıqları əks etdirməyə bilər. O zaman Mehdiyevin rəqəmləri ilə cari il üçün büdcəyə gömrük daxilolmaları mühim şəkildə azala bilər.
Bununla belə Səfər Mehdiyev azalmalara ramən xərcləmələrə heç də həssas yanaşmır. Belə ki, ən kiçik satınalamalardan tutmuş, ən böyük tikinti-təmir tenderlərinə qədər artıq rəsmiləşdirilib. Ən müxtəlif və yarımçıq qaynaqlardan da DGK-nın satınalamalar üzrə tender və qaliblər haqda bilgi əldə etmək mümkünsüzdür. Lakin əldə edə bildiyimiz informasiyalarda bir neçə cümləlik tenderin keçirilməsi və qalibləri haqda bilgilər əldə etmək mümkün olur. Görünür Səfər Mehdiyevin gömrükdəki "islahatları" öz bəhrəsini verir. Bəhrəsini, meyvəsini də elə özü "yeyir".
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
326 dəfə oxundu