Vüsal Kərimlinin yeni icadı - Bir ay əvvəl BNA-ya tumba satan şirkət, indi “BakuBus”a sürtkü materialları satacaq

Vüsal Kərimlinin yeni icadı -
“BakuBus” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Sear Supply” MMC olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “Sear Supply” MMC “BakuBus” MMC-nin balansında olan xidməti avtomobilləri sürtkü materialları ilə təmin edəcək, həmçinin onların dövri texniki baxımı və təmiri xidmətlərini həyata keçirəcək.

Qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün “BakuBus” “Sear Supply” MMC-yə 85 min 868 manat 1 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, “Sear Supply” MMC 22.01.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayanou, Haqverdiyev, ev 1, m 23-də yerləşir. Qanuni təmsilçisi Səlimli Rəşid Fərman oğlu olan "Sear Supply” MMC daha əvvəl də “Bakubus”un keçirdiyi tender müsabiqəsində qalib olub.

Ötən ilin sentybar ayında “Bakubus” tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Sear Supply” MMC olub. "Sear Supply” MMC “Bakubus”un sifarişi əsasında bu quruma xüsusi geyim formaları satıb. Qeyd olunan mallar üçün “Bakubus” “Sear Supply” MMC-yə 505 min 686 manat 5 qəpik ödəyib.

Barəsində açıq internet resurslarda heç bir məlumat olmayan “Sear Supply” MMC-nin “Bakubus”a həm geyim, həm də sürtkü materialları satmaqdan başqa ötən ay Bakı Nəqliyyat Agentliyinin (BNA) sifarişi əsasında “Piyadalar üçün təhlükəsizlik dirəklərinin (tumbaların) satın alınması, quraşdırılması və 1 (bir) illik texniki xidmət”ini həyata keçirəcək. Qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün BNA “Sear Supply” MMC-yə 441 min 84 manat ödəyəcək. Qeyd edək ki, BNA ümumilikdə “Sear Supply” MMC-dən 1500 ədəd tumba satın alacaq. Rəqəmlərdən də göründüyü bir ədəd tumbanın satın alınması, quraşdırılması və bir illik texniki xidməti üçün 294 manat ödəyəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
307 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...