AAYDA-nın taladığı kreditləri kim və necə qaytaracaq?

AAYDA-nın taladığı kreditləri kim və necə qaytaracaq?
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hər il dövlət büdcəsindən,Prezidentin Ehtiyyat Fondundan və o cümlədən Dövlət Yol Fondundan da ən çox vəsait ayrılan qurumlardan olduğu barədə bir müddət əvvəlki yazılarda qeyd etmişdik. Amma bu siyahıya Dünya Bankının sözügedən quruma ayırdığı kreditləri əlavə etməyi unutmuşduq. DB-nin Bakı nümayəndəliyindən “report”a verilən məlumata görə artıq“Regional əlaqələr və inkişaf” (Regional connectivity and development) yeni yol layihəsinin işlənib hazırlanmasına başlanılıb. Xatırlatmaq istərdik ki,DB Direktorlar Şurası hələ 2010-cu ilin may ayında (Cavid Qurbanovun Azərbaycanın yollarında at çapdığı dövrlərdə) Azərbaycana avtomobil yollarının yaxşılaşdırılıması üzrə üçüncü layihənin icrası üçün 241,6 milyon ABŞ dolları həcmində kredit verilməsini təsdiqləyib. 2020-ci il iyun ayının ortalarına olan duruma görə, DB-nin bu layihə üçün ayırdığı kreditin istifadə olunmuş məbləği təqribən 310,1 milyon ABŞ dollarıdır.

Qeyd edək ki, layihə üç komponentdən ibarətdir: birincisi – M4 Bakı-Şamaxı avtomobil yolunun 94 km-lik hissəsinin və M3 Yenikənd-Şorsulu avtomobil yolunun 48 km-lik hissəsinin dörd zolaqlı magistrala qədər modernləşdirilməsi daxil olmaqla magistral yolun yaxşılaşdırılması; ikincisi – avtomobil yollarına texniki xidmət üzrə islahata dəstək (Azərbaycan avtomobil yollarının idarə edilməsi və maliyyələşdirilməsi); üçüncüsü – layihənin idarə edilməsi və texniki yardım və layihənin reallaşdırılması üçün əlavə xərclərin maliyyələşdirilməsi də daxil olmaqla, “Azərbaycan Avtomobil Yolları” QSC-yə (indiki – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi – red.) institusional dəstək.

Birinci komponentin dəyəri 448,1 milyon ABŞ dolları, ikincisi 25 milyon ABŞ dolları, üçüncüsü isə 4 milyon ABŞ dolları dəyərindədir.

Dünya Bankının ayırdığı kreditlərdən və dövlət büdcəsindən ayrılan vəsaitlərdən də göründüyü kimi Azərbaycanda avtomobil yollarının yenidənqurulmasına kifayət qədər vəsait ayrılır.Ayrilmış bu qədər vəsaitin müqabilində yollar necə,normativlərə uyğun çəkilirmi?

Aktualinfo.org bu mövzuya artıq bir neçə dəfə toxunub.Bir daha xatırlatmaq istəyirik ki,Azərbaycanda yolların normativlərə uyğun çəkilmədiyi ilk baxışdan görsənir.Bunu görmək üçün yol mühəndisi olmaq da lazım deyil.Burada Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması zamanı buraxılan səhvlər ətrafında apardığımız araşdırmaları yada salmaya bilmirik. Qeyd edək ki,rəsmi verilən xəbərə görə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissələrinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyevin 30 iyul 2020-ci il tarixli sərəncamına uyğun olaraq Oğuz və Şəki şəhərlərinin yollarının yenilənməsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ASC-nin hesabına ilkin olaraq 10 ( on milyon) manat pul ayrılmışdır.

Dövlət başçısının ilkin olaraq bu işin icrası üçün ayırdığı 10 milyon manat vəsait sentyabr ayında hesaba köçürülər-köçürlüməz AAYDA rəhbərliyinin heç bir tender keçirmədən tez-bazar dövlətin texnikasını və işçi qüvvəsini işlərin icrasına cəlb etməsi çox müəmmalı görünür. İşin digər diqqət çəkən tərəfi isə ondan ibarətdir ki, qazılmış asfalt yatağının bərkidilməsi və möhkəmləndirilməsi üçün “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yuyulmuş və doğranmış çınqıl, irili və xırda dənəli qum materialından çox az istifadə olunmasıdır. Əvəzinə isə tikinti aparılan ərazilərin yaxınlığındakı Daşağıl, Zəyzid çayları yatağndan torpaq-daş-qum-çınqıl qarışıq materiallar asfalt yatağına səpilməsi davam etməkdədir. Bunu mətnə əlavə etdiyimiz şəkillərdə də çay yataqlarından daşınmış qarışıq sarı torpaq olduğunu görməmək mümükün deyil
AAYDA-nın taladığı kreditləri kim və necə qaytaracaq?
AAYDA-nın taladığı kreditləri kim və necə qaytaracaq?
AAYDA-nın taladığı kreditləri kim və necə qaytaracaq?

AAYDA-nın rəsmi sənədlərində isə yolun guya normativlərə uyğun olaraq xüsusi doğranmış çınqıl və yuyulmuş qum materialından istifadə olunduğu qeyd edilir.

Azərbaycanda yolların normativlərə uyğun çəkilmədiyini təsdiq edən daha bir məqaləyə də qayıtmaq istərdik.Qeyd edək ki, ötən il,dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 kilometrliyindən Masazır dairəsinədək olan hissəsinin yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olub.Dövlətimizin başçısı daha sonra “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 30 kilometrlik birinci hissəsinin açılışında da iştirak etmişdi.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işlərin icrası ilə bağlı məlumat verərkən görülən işlərin bu istiqamətdə yaranan tıxacların qarşısının alınmasında, avtomobillərin hərəkətinin intensivliyinin, sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını dövlətimizin başçısının diqqətinə çatdırdı.Yolların genişlənməsinə,hərəkətin intensivliyi,sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsinə söz yox,əla! Bəs yolun,asfalt örtüyünün normativlərə uyğunluğu,necə?

Bakı-Sumqyıt üzrə hərəkət edən taksi sürücülərinin verdikləri məlumata görə 2008-ci ildə inşa edilmiş və yararasız hala düşmüş Quba-Bakı magistral beton yolunun tərkib hissəsində olan Ceyranbatan-Saray istiqamətinin 2-ci kilometrliyində açılışdan 20 gün əvvəl,yeni salınmış asfat yolun orta hissəsinin 20 kv.m sahəsində açılışdan 2 gün əvvəl çökmə baş vermişdir. Bu çokmənin hansı səbəbdən baş verməsi indi bizim üçün o qədər də önəm daşımır. Çünki biz yolda yenidənqurma işlərinə başlayarkən digər dövlət qurumlrına aid olan kommunikasiya xətlərinə birgə baxış keçirilmədiyini,hər hansı bir qəzanın qarşısının alınması üçün məsələ qaldırılmadığını,əvvəlcədən heç bir əməli tədbir görülmədiyini yaxşı bilirik. Sabah yeni çəkilmiş yolun hansısa digər bir hissəsində də çökmə baş verərsə, buna da təəccüblənmərik. Çünki yuxarıda qeyd etiyimiz kimi,yolların çəkilişində AAYDA tərəfindən çoxsaylı qüsurlara yol verilir,normativ qaydaların demək olar, bir çoxuna əməl olunmur.Normatıv qaydalara əməl olunmursa,ayrılan vəsait necə olur?Axı hər normativ qaydanın öz xərci olur. Sözügedən qaydaların birinə belə əməl edilmirsə o, vəsaitin təyinatından kənarlaşdırılması demək deyilmi?

Yol çəkilişində normatıv qaydalara əməl etməyərək qazanc əldə etdikləri azmış kimi, Saleh Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində dövlət vəsaitlərinin başqa üsullarla da təyinatından kənarlaşdırılması hallarının mövcud olması barədə yeni bir məlumatı da bu günlərdə redaksiyamıza Şamaxı rayon Təklə kənd sakini Zaur Ağamalıyev verib.Onun sözlərinə görə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun qırağında, “acıdərə” adlanan ərazidə 13 il fəaliyyət göstərdikdən sonra, onunla bərabər 12 nəfərin də işlətiyi ət kəsimi mağazası Şamaxı rayon İcra Hakimiyyətinin işçıləri və polislərin köməyi ilə sökdürülüb.Bundan sonra Zaur Ağamalıyev Preziden Adminstrasiyasına və bir sıra aidiyyatı qurumlara müracət ünvanlayıb.İqtisadiyyat Nazirliyindən vətəndaş Zaur Ağamalıyevə verilən cavab məktubunda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi işləri icra olunarkən söküldüyü bildirilib.

Zaur Ağamalıyev qeyd edir ki, onların Bakı-Şmaxı yolunun 102-ci km-də yerləşən ət dükanlarının sökülməsini sonradan Polis Şöbəsində və İcra Hakimiyyətində izah ediblər ki, bu bizlik deyil Bakı-Şamaxı yolu iki zolaqlıdan 4 zolaqlı yol kimi genişləndirilir. Ona görə sizin obyektlər plana düşür və AAYDA burada yol çəkməlidir. Şikayətçinin sözlərinə görə AAYDA-ya müraciət edən mağaza sahiblərinin bir neçəsi tanışlıq yolu ilə plana düşmüş obyektləri üçün kompensasiya ala bilib.Lakin Zaur qeyd edir ki,rəsmi sənədlərimin olmasına baxmayaraq bu günə kimi obyektim söküldüyü üçün dövlət tərəfindən hesblanaraq ona və daha bir neçə nəfərə veriləsi pul AAYDA-nın başında oturanlar tərəfindən mənimsənilib,verilmir. Son ümid yeri kimi məhkəməyə müraciət etdiyini bildirən şikayətçinin sözlərinə görə Sumqayıt İnzibatı Məhkəməsində bu yaxınlarda proses başlamalıdır.Amma indidən görürəm ki, AAYDA rəhbərliyi məhkəməni də sfarişlə öz xeyrinə həll edəcək,iddiamı təmin etməyə qoymayacaq.

Şikayətçinin bildirdiklərindən də göründüyü kimi,AAYDA-da yolların genişləndirilməsi zamanı plana düşən yaşayış və ya qeyri yaşayış sahələrinə kompensasiyaların verilməsi üçün nəzərdə tutulan vəsaitlər də gizlədilir,güman ki, müxtəlif yollarla silinir.İndi biz Zaur Ağamalıyev və onun kimi onlarala insana verilməyən kompensasiyalar dövlətin vəsaitindən,yoxsa Dünya Bankının ayırdığ kredit hesabındandır, deyə bilmərik.Onu deyə bilərik ki,dövlətimiz büdcə vəsaitlərindən başqa,kredit hesabına da avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına,habelə yenidən qurulmasına xüsusi diqqət yetirir ki,vətəndaşlar rahat yollardan istifadə edə bilsinlər.AAYDA-nın rəhbərliyi isə komandası ilə bərabər normativ qaydalara uyğun çəkilməyən yollardan silinən vəsaitlər hesabına özlərinə komfort həyat qururlar.Dünya Bankından alınan kreditlərin nə vaxt,və necə ödəniləcəyi artıq önəm daşımır.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
77 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...