Əhmədzadə 20 gündə 32 milyon manatı kimə verib? müdhiş tender talanları

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Sevinc-96” MMC olub.
Füzuli Suvarma Sistemləri İdarəsi 2021-ci il üçün nəzərdə tutulmuş sair torpaq, tikili və avadanlıqların cari təmiri üçün “Sevinc-96” MMC-yə 29 milyon 933 min 995 manat 74 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “Sevinc-96” MMC son 20 gündə Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən keçirilən daha 9 tender müsabiqəsinin qalibi olub. Nəticədə, Meliorasiya və Su Təsərrüfatı ASC son 20 gündə “Sevinc-96” MMC-ilə ümumilikdə 32 milyon 138 min 778 manat 3 qəpik dəyərində müqavilə imzalayıb.
Qeyd edək ki, “Sevinc-96” MMC 31.07.1996-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 20 manat olan şirkətin hüquqi ünvanı Şirvan şəhəri, H.Z. Tağıyev, ev 45, m.1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Haxıyev Yusif Camal oğludur.
20 manat nizamanamı kapitalı olmasına baxmayaraq cəmi 20 gün ərzində 32 milyon manatlıq tenderin qalibi olan “Sevinc-96” MMC-nin veb-səhifəsi belə mövcud deyil.
277 dəfə oxundu