Əziz Əzizov heç kimlə hesablaşmır - Yalnız Kərəm Həsənova hesabat verir?
Son günlər medaiada Bakının Suraxanı rayonundan vətəndaş şikayətlərinin artdığı müşahidə edilir. Müxtəlif sosial narazılıqların ifadə edildiyi şikayətlərlə bağlı olaraq isə İcra Hakimiyyəti susmağa üstünlük verir. Suraxanıda qəsəbədaxili yolların təmirindən, pensiya təminatından, təhsil və səhiyyəyə qədər müxtəlif səpkili narazılıqlar ifadə edilir.
Gundeminfo.az-a bilgi verən mənbə deyir ki, rayonun icra başçısı Əziz Əziz isə bütün bunlardan xəbərdar olsa da heç bir reaksiya vermir. Səbəb kimi isə arxasında dayanan daha böyük çinli məmura güvəndiyi göstərilir. Suraxanının icra başçısı Əziz Əzizun hazırda yüksək vəzifədə olan Kərəm Həsənovla yaxın dost olması səbəb kimi göstərilir. Məlumatlara əsasən Əziz Əziz heç mütəmadi olaraq Bakı Şəhər İcra Hakimiyyətində Eldar Əzizovun rəhbərliyi altında keçirilən müşavirələrə də qatılmır. Özü iştirak etmir əvəzində Əziz Əziz müavinlərindən birini Bakı merinin iclaslarına yollayır.
Saytımıza daxil olan məlumata əsasən icra başçısı o qədər arxayındır ki, vətəndaşların son həftədə etdikləri müraciətlərə, onların narazılıqlarına İH-dən də kimlərinsə cavab verməsinə ehtiyac görmür və bununla bağlı qadağa da qoyub. Bakının digər rayonlarının İcra Hakimiyyətləri ən kiçik sosial-infrastruktur narazılıqlarına dərhal reaksiya verdiyi halda bunu Əziz Əzizovun rəhbəri olduğu rayonla bağlı demək çətindir.
Bundan başqa GUNDEMİNFO.AZ-a daxil olan informasiyaya əsasən icra başçısı Əziz Əzizov 2020-ci ilin maliyyə hesabatını da hazırlayaraq yekunlaşdırmayıb. Əzaba bunun da səbəbi Kərəm Həsənova bu qədər arxayın olaraq istədiyini etməkdirmi?
Düşünürük ki, Suraxanı İcra Hakimiyyəti iddialarla bağlı mövqeyini bildirəcək.
433 dəfə oxundu