Sabirabadda nadir ağacların qorunduğu, "Qırımızı kitab"a düşən ulqunları satan məmur işini itirdi, cəzası bununla yekunlaşacaqmı?

Sabirabadda nadir ağacların qorunduğu, "Qırımızı kitab"a düşən ulqunları satan məmur
Saytımızda məlumat verərək bildirmişik ki, Sabirabad rayonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi İdarəsinin rəisi işdən çıxarılıb. İdarə rəisi Əlixan Əsgərov uzun illər Kür çayının sahilində meşə torpaqlarının, meşə ərazilərinin satılmasında iştirak edib. Hətta hazırda rayonda yüksək vəzifə tutan oliqarx məmurlar da var ki, onlar Kür çayının sahilindəki meşə massivində böyük restoranlar, şadlıq sarayları inşa ediblər. Həmin ərazilərdə yerləşən və dövlət tərəfindən qorunan "Qırmızı Kitab"a düşən ulqunluq ərazilər də Əlixan Əsgərov və onun komandası tərəfindən satılıb.

Hansı ki, həm Kür çayının mühafizə bəndləri ərazisinə düşdüyünə görə, həm də ulqunluqların qırılmasına görə Əlixan Əsgərov cavab verməli olduğu halda bu gün vəzifədən azad edilməklə canını qurtara bilib. Onu da qeyd edək ki, hazırda Ə.Əsgərovun səlahiyyətlərini Yusif Məmmədov əvəz edir ki, o da uzun illərdir Əlixan Əsgərovla birlikdə işləyib.

Mövzu ilə bağlı detallı araşdırmamızı yaxın günlərdə təqdim edəcəyik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Birinci YAZI İLƏ BURA TIKLAYARAQ TANIŞ OLA BİLƏRSİNİZ



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
408 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...