Vəzifədən uzaqlaşdırılan generalın milyonluq biznes SİYAHISI

Vəzifədən uzaqlaşdırılan generalın milyonluq biznes
Azərbaycan Ordusunun sabiq birlik komandiri general-mayor Xəqani Cəbrayılovun biznesinin siyahısı üzə çıxıb.

Gundeminfo.az demorkat.az-a istinadla bildirir ki, sabiq birlik komandirinin Sumqayıt və Xızı ərazilərində böyük fermaları, restoran və kafeləri fəaliyyət göstərir.
Xəqani Cəbrayılovun bizə məlum olan biznes siyahısını oxuculara təqdim edirik:
— Sumqayıt şəhərində restoran, kafe və marketləri;

— Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsində restoran;

— Xızı rayonunun Şorabad kəndi və Yaşma qəsəbəsi ərazilərində hektarlarla sahəni əhatə edən donuz ferması;

— Xızı rayonunun Altıağac qəsəbəsi ərazisində torpaq sahələri və istirahət mərkəzi;

— Xızı rayonu ərazisində heyvandarlıq təsərrüfatı.
Xəqani Cəbrayılovun ölkə xaricində də biznesinin olduğu haqda məlumatlar var.
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.
Bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Onu da bildirək ki, Xəqani Cəbrayılov Orduda general-leytenant Rövşən Əkbərovun yaxın adamı kimi tanınır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
286 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...