Eldar Əzizov Prezidentin tapşırığını nə tez unudub - Ölkənin indiki günündə niyə yerli avtomobil almır?

Eldar Əzizov Prezidentin tapşırığını nə tez unudub -
Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-si xidməti avtomobilin satınalınması məqsədi ilə elan etdiyi açıq tenderi yekunlaşdırıb.

“Finans.az” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "TOYOTA GƏNCƏ MƏRKƏZİ" MMC olub.

Bu satınalma müqabilində qalib şirkətə 77,3 min manat ödəniləcək.

Gundeminfo.az olaraq xatıraladq ki, bir neçə il öncə dövlət başçısı yerli istehsalı stimullaşdırmaq üçün məmurlara xitabən tapşırıq vermişdi. Dövlət başçısı yerli istehsal olan Xazar avtomobillərinin alınması, daha çox yerli istehsala dəstək olmaları üçün yerli məmurlara göstəriş vermişdi. Bu göstərişdən sonra bir sıra icra başçıları, nazirlik və komitələr dövlət büdcəsi hesabına elan edilən tenderlərdə Neftçaladakı avtomobil zavodunun istehsalı olan avtomobillər almağa başladılar.

Büdcə hesabına rəsmi qurumlar üçün xidməti avtomobillərin alınması məqsədilə sifarişçilər əsasən yerli istehsaldan ibarət idi. Lakin görünür Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu göstərişi çoxdan unudub. Xatırlasaydı hər halda tabeliyindəki qurumun xidməti avtomobil alması üçün tenderdə yerli Neftçala Avtomobil Zavodunu qalib seçərdi. Eyni zamanda bu tenderin qalibinə ödəniləcək 77 min manata bir deyil, bir neçə yerli istehsal lüks olan nəqliyyat vasitəsi almaq olardı.

Görünür burada hansısa şübhəli məqamlar var. Olmasaydı, niyə Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkədə bir ilə yaxındır elan edilən karantin tədbirləri səbəbindən büdcəyə dəyən ziyan, neftin dünya bazarında hələ də aşağı həddə satılması, Vətən Savaşından sonra daha çox az məsrəflər etməklə savaşdan ziyan çəkən vətəndaşlara yardım etmək olardı. Nədənsə Eldar Əzizov bu məqamı seçməyib. Görünür onun məmurları daha bahalı və Avropa istehsalı olan avtomobillərdə gəzməyi düşünür. Gerisi isə osmanlılar demiş, təfərrüatdır...

Qartşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
730 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...