Bakı Baş Gömrük İdarəsinin şöbə rəisi və daha bir yüksək vəzifəli məmuru kabinetində HƏBS OLUNDU

Bakı Baş Gömrük İdarəsinin şöbə rəisi və daha bir yüksək vəzifəli məmuru kabinetində

Bakı Baş Gömrük İdarəsində həbslər davam edir.

Avropa.info-nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, Maliyyə şöbəsinin inspektoru Elnur Sadiqov da saxlanılıb.

***
Bakı Baş Gömrük İdarəsinin daha bir vəzifəli şəxsi həbs olunub.

Avropa.info-nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, təqribən 1 saat öncə Korrupsiya qarşı Mübarizə Baş İdarəsi və DGK-nın Əməliyyat İstintaq baş İdarəsinin əməkdaşları Bakı Baş Gömrük İdarəsinin Xüsusi prosedurlar şöbəsinin rəisi Aydın Eylazovu həbs ediblər.

Qeyd edək ki, dünən də Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirmişdilər. Əməliyyat nəticəsində idarənin bəzi vəzifəli şəxsləri rüşvət alarkən saxlanılmışdılar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
588 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...