Mikayıl Cabbarovun qovduğu məmur daha bir milyonluq tenderi qazandı - ilginc

Mikayıl Cabbarovun qovduğu məmur daha bir milyonluq tenderi qazandı -

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti tenderin qalibini elan edib.

Gundeminfo.az xəbər verir ki, Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satınalınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib.Açıq tenderin qalibi "Star Construktion-12" QSC olmuşdur.

Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti qalibə 13 milyon 470 min 942 manat ödəyəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Star Construktion-12” QSC 04 mart 2016-cı il tarixdə MMC kimi qeydiyyata alınıb. 2018-ci ildə isə təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib.

Nizamnamə kapitalı 2050 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossesi, ev 53-də yerləşir. QSC-nin qanuni təmsilçisi isə Bayramov Mirsahib Atamalı oğludur.

Mirsahib Bayramov keçmiş məmurdur. O, əvvəllər Bakı Şəhər Təhsil İdarəsində təchizat şöbəsinin rəisi vəzifəsində işləyib. Hazırda İqtisadiyyat naziri olan Mikayıl Cabbarov Təhsil naziri olduğu dövrdə Mirsahib Bayramovu vəzifəsindən azad edib. Məlumatlara görə, buna səbəb keçmiş şöbə rəisinin yarıtmaz fəaliyyəti olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
697 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...