Muxtar Babayevin adamlarının "uzaqgörənliyi" və Qusarda məhv edilən meşə zolağı FOTOFAKT
2017-ci ildə Azərbaycan Respublikasının Meşə Məcəlləsinə edilən dəyişiklik edildi. Dəyişikliyə əsasən espublikanın Lənkəran, Quba, Qusar, Zaqatala, Balakən, Qax, Şəki, Oğuz rayonlarının açıq meşə sahələrinin aqro bağların salınması üçün uzunmüddətli icarəyə verilməsi işlərinə başlanıldı. Milli Meşə Proqramına uyğun olaraq meşə ərazilərinin açıq sahələrinin aqro və sənaye əhəmiyyətli ağacların əkilməsi hesabına genişləndirilməsi, cavanlaşdırılmasına başlanıldı.
Rəsmi açıqlamalarda bu haqda danışılırdı. 2019-cu ildən etibarən Azərbaycanda yeni yaşıllıq zolaqlarının salınması işlərinə başlanıldı. Amma bu işlər heç də qüsursuz deyil. Çünki bəzi regionlarda meşələrdə açıq qalan zolaqlarda deyil, yaşıllıq ağacların məhv edilərək yerində meyvə bağları salındı. Gundeminfo.az "ecofront"a istinadən bildirir ki, Qusar rayonunda faktiki mövcud olan yaşıllıqlar məhv edilərək əvəzində qoz bağları salınması adıyla məhv edilib.
Məlumata əsasən uzunmüddətli icarəyə verilən torpaq sahəsi hansısa məmura məxsusdur. Gundeminfo.az-a daxil olan informasiyaya əsasən Qusarın Qalacıq kəndində 300 hektara yaxın meşə massivi məhv edilib. Son 2 ildə Qusarın Qalacıq kəndində 130 hektara yaxın sıx meşə, 170 hektara yaxın kolluq toplam olaraq 300 hektar ərazi təbiət ərazisi məhv edilib.
Bu günə qədər Qusar rayonundan onlarla şikayət verilsə də nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, nə də Qusar Rayon İcra Hakimiyyətindən heç bir açıqlama verilməyib. Meşə massivinin faktiki olaraq yaşıllıq və sıx ağac səhlərinin məhv edilməsinə bu şəkildə "dövlət proqramına uyğunlaşdırma"ya görə də heç kim məsuliyyətə cəlb edilməyib. Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək. Yazıda adıçəkilən müvafiq nazirliyin və yerli icra hakimiyyətinin cavabdeh qurumlarının da mövqeyini dinləməyə hazırıq.
Gundeminfo.az bildirir ki, sosial şəbəklərdə iddia olunur ki, Qusarda yox Lənkəranın Həftoni kəndindəki 45 ha ərazi də ETSN-nin əli ilə Beta Tea Şirkətlər Qrupuna satılıb. Orda da meşə və kolluqları kürüyüb çay plantasiyası salmaq istəyirlər. Eyni zamanda Şəki rayon Bideyiz kəndində də analoji olaraq meşə zolağı bağ salınması adı altında məhv edilir.
937 dəfə oxundu