Deputatın qohumları vətəndaşı ölümcül döyüblər İLGİNC İDDİA

Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
Biləsuvarın Muğanlı kəndində bir qrup şəxs kənd sakini Elçin Rüstəmovu ölümcül döyüb.

Bu barədə Elçin Rüstəmovun yaxınları "medonline.az"a məlumat veriblər. 6 nəfərlik qrup Elçin Rüstəmovla yanaşı, atası Allahverdi Rüstəmova da xəsarət yetiriblər. Hadisədən sonra Elçin Rüstəmov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ağır kəllə-beyin travması diaqnozu qoyulub. Bundan sonra o, Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndərilib.

Yaxınları deyiblər ki, Elçinin vəziyyəti olduqca ağırdır: "Nitqi tutulub, yaddaşı yerində deyil, heç kəsi tanımır".

Onların sözlərinə görə, hadisəni törədən şəxslər deputat Musa Qasımlının əmisi uşaqlarıdır. Həmin şəxslər isə Biləsuvarın Muğankənd kəndində yaşayan Abdulla Cəfərov, Xəyal Cəfərov (el arasında Xəlil deyə çağrılır), İbrahim və Əlövsət Hətəmov qardaşları, həmçinin Müdafiə Nazirliyinin "N” hərbi hissəsinin zabiti, kapitan Ayaz Cəfərov, Aqil Cəfərovdur.

Hadisə avqustun 9-u axşam saat 21-00 radələrində baş verib və indiyə qədər Elçin Rüstəmov hələ də reanimasiya şöbəsindədir.
Zərəçəkmişlər hadisə barədə Daxili İşlər Nazirliyinin "102" Xidmətinə də məlumat veriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
258 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...