“Gədəbəy İcra Hakimiyyəti bizi torpaqla təmin etdiyini deyir, amma…”- Şəhid xanımı…

“Gədəbəy İcra Hakimiyyəti bizi torpaqla təmin etdiyini deyir, amma…”-
“Biz Tofiqin doğum gününü mütləq şəkildə öz aramızda qeyd edirdik. Bu dəfə 33 yaşı tamam oldu. Dünən isə bu münasibətlə Gədəbəyə getdik və gecəylə də geri qayıtdıq. Gədəbəydə isə Tofiqin doğulduğu Cəfərli kəndində icra nümayəndəsi, bələdiyyə sədri və insanlar tərəfindən onun doğum günü qeyd olundu”

Gundeminfo.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında 44 günlük Vətən müharibəsində şəhid olan çavuş Tofiq Həsənovun həyat yoldaşı Ülviyyə Həsənova deyib:

“Hamı kimi bu ağrıya dözməyə çalışırıq. İki övladımız var, çalışıram ki, onları atalarına layiq böyüdüm. Məktəbdə oxuyurlar, təhsilləri ilə maraqlanıram. Tofiq özü də oxumağı, ali təhsil almağı sevirdi. Həmişə yuxularımıza girir. O gün məclislərin birində bir dindar xanım dedi ki, “Tofiqi yuxuda gördüm. Dedi ki, “yoldaşıma deyin çox ağlamasın, mən də burda narahat oluram”.

Ülviyyə xanım bir müddət öncə Gədəbəy İcra Hakimiyyəti tərəfindən torpaqla təmin edilməsi məsələsinə də toxunub:

“Siz bizim bu torpaq məsələmizi ictimailəşdirəndən sonra Gədəbəy İcra Hakimiyyətinin əməkdaşları mənə torpağın yerini göstərdilər. Bildirdilər ki, bu ərazidən bizi torpaqla təmin edəcəklər. Amma bu elə söz olaraq da qaldı. Torpaq sahəmiz hələ bu günə kimi sənədləşdirilib, bizə təhvil verilməyib. Mənim də uşaqların məktəbinə görə vaxtım yoxdur ki, gedib bu işlə məşğul olum. Amma söz veriblər ki, bunu həll edəcəklər”.

Qeyd edək ki, çavuş Tofiq Həsənov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
743 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...