İcra başçısı Şahin Məmmədovla “Broker” Əbülfəz Məlikovu nə birləşdirir ? İLGİNC İDDİA

İcra başçısı Şahin Məmmədovla “Broker” Əbülfəz Məlikovu nə birləşdirir ?

İcra başçısı Şahin Məmmədovla “Broker” Əbülfəz Məlikovu nə birləşdirir ? - Batumidə “broker”lə icra başçısını qoşa villası...
Həyatını təşviş və qorxu içində yaşayan “qəmsəmol” Şahin Məmmədovun SİRRİ...


2004-cü ildə Samux Rayon İcra Hakimiyyətinin başcısı, 2005-ci ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, 2019-cu ildən isə Masallı Rayon İcra Hakimiyyətinin başçısı işləyən Şahin Məmmədovun Gürcüstanın Batumi şəhərində 1 milyon dəyərində villasının olması barədə ötən yazımızda bəhs etmişdik.

Sözün düzü, Şahin Məmmədovun ölkədə yüzlərlə obyektinin olması, torpaq sahələri, fermaları, Bakıda mənzilləri, Ağcabədi şəhərində böyük mağazaları, maşın yuma sexi, böyük mebel mağazası, iri maşınların təmiri sexləri, avtomobillərin ehtiyat hissəslərinin satış mağazası, Ağcabədi rayon Subartezian Quyularının İstismarı İdarəsinin həyətindəki “lepka” sexi, Alman qəsəbəsinin yerində beton zavodu və aqlay sexi, Qarqar çayının yatağında daş, qum və çınqıl sexləri və daha nələri barədə mediada çox yazılıb.

Amma Batumi şəhərindəki villası mediada az hallandırılıb.

Şahin Məmmədovu tanıyanlar yaxşı bilir ki, tipik əyalət adamıdır, yəni bir tamaşada deyilən kimi “kolxoz Qüdrət”.
Ona görə də məlumatlı bir mənbə ilə 2 gün öncəki təsadüfi söhbətimizdə villa məsələsinə aydınlıq gəldi.

Mənbənin dediyinə görə, gömrüyün “qara kassası” kimi tanınan, “Trans Broker” MMC-nin sahibi Əbülfəz Məlikovun Batimidə möhtəşəm bir villası var.

Söhbət vaxtilə vağzalda iranlı Mənüçöhr Əhədpurun siqaretini satan, sonradan erməni qızı ilə evlənən, daha sonra gömrüyün monopolistinə çevrilən Əbülfəz Məlikovdan gedir.

Bəli, Əbülfəz Məlikovun Gürcüstanın rəhbərliyi, nazirləri ilə möhkəm əlaqəsi olub. Həm də Əbülfəz Məlikov Gürcüstandan Azərbaycana qoyun, dana daşımaqla milyonlar qazanıb. Və nəticədə Əbülfəz Məlikova Batuminin ən gözəl yerində böyük torpaq sahəsi ayrılıb. Orada Əbülfəz Məlikov özünə və Gürcüstan dövlətinin nazirlərindən birinə villa tikdirib.
Mənbəmiz həmin villalarda olduğunu və oranın az qala cənnəti yada saldığını danışdı. Və sonda bildirdi ki, Əbülfəz Məlikov ona “pay” verilən böyük torpaq sahəsinin bir hissəsini Şahin Məmmədova satıb və orada Şahin Məmmədov üçün villa tikdirib.

Mənbəmiz bildirdi ki, həmin villa torpaqla birgə Şahinə Məmmədova 12 milyona başa gəldi.

Nə isə, villa məsələsinə beləcə aydınlıq gəldi.

Bəs görəsən, təkcə bir villaya 12 milyon xərcləyən Şahin Məmmədov bu pulları necə və hansı yolla əldə edib ?
3 rayonda 18 il icra başçısı işləmək sizə zarafat gəlməsin. Hələ Allah qoymasa, bundan sonra Şahin Məmmədovun daha nə qədər icra başçısı olacağı bilinmir.

Hələ icra başçısı olmazdan öncə Şahin Məmmədov Bərdə şəhərində müxtəlif bankların müdiri olub və Bərdədə “obnaliçka” Şahin kimi ad çıxarıb.

Deməli, mediada Şahin Məmmədovun “dini təriqət” məsələsinə toxunulsa da mövzunun dərinliyi hələ də mediada açılmayıb.
Bəli, Şahin Məmmədov Bərdədə işləyərkən, həyatını büsbütün zəhərləyəcək bir hərəkət edib. Bunu Bərdədə çox az adam bilir. Ona görə də Şahin Məmmədov bu mövzunu qorxulu sirr kimi qoruyur. Kim bu mövzuda zərrəcə bilirsə, ağzını yummağa, pul basıb mövzunu qapatmağa çalışır. Söhbət irz-namusdan gedir…Nə isə…

Rəhmətlik Sabir deyirdi ki, İrzü namus gedər badə…

Axundov isə deyirdi ki, Bu günədək ağalar və bəylər öz rəiyyətinin qızının irz və namusuna toxunmayıb…
Başa düşdünmü, Şahin Məmmədov ?

Biz İranda daha çox tanınan dini təriqət nümayəndələri ilə Şahin Məmmədovun əlaqələri, sponsorluğu və s məsələləri zamanın öhdəsinə buraxırıq.

Bəli, keçmişi komsomolçu olan Şahin Məmmədov, sonra bankir, daha sonra icra başçısı ola bildi.

Yuxarıda bir sual verdik ki, təkcə 1 villaya 12 milyon xərcləyən Şahin Məmmədovda bu qədər pul haradandır ?
Bu adam Ağcabədinin icra başçısı olarkən, Qarqar çayından rayon mərkəzinə gələn 18 km uzunluğunda su borularını çıxararaq satıb.

Qarqardan Ağcabədinin rayon mərkəzinə kimi uzanan 18 km-ə qədəri çuqun boruların 1-inin uzunluğu 4,2 metr, çəkisi 534 kq-dır.

İndi qoy hüquq-mühafizə orqanları 18 km borunun çəkisini və bazar qiymətini hesablasın. Və görsünlər ki, Şahin Məmmədov təkcə su borularından neçə milyonlar qazanıb.

Başqa bir misal. Dövlətin Ağcabədidəki səhiyyə müəssisələrinə dərman preparatlarının alınması üçün ayırdığı 200 min manat pulu Şahin Məmmədov mənimsəyib. Hətta buna görə, rayon səhiyyə idarəsinin müdiri Şahinə bir sillə vurub, pulu qaytarmasını tələb edib.

Keçmiş qəmsəmol Şahin Məmmədov köhnə əməllərini indi də Masallıda davam etdirir.

Keçmiş icra başçısı Rafil Hüseynovun zülmündən güclə qurtaran Masallı camaatı indi də Şahinin problemlərinə keçib.
Belə yerdə deyirlər, Allah qüvvət verməsin..



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
919 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...