“Grand Motors” MMC “Xaliq Faiqoğu”nu məhkəməyə verdi... - “Xaliq Faiqoğlu” MMC dən ŞİKAYƏTLƏR

“Grand Motors” MMC “Xaliq Faiqoğu”nu məhkəməyə verdi... -


Biz “Gündəlik- Bakı” olaraq illər öncədir ki, sərnişindaşıma ilə məşğul olan “ Xaliq Faiqoğlu” şirkəti ilə bağlı yazılar dərc edirik.
Şirkətin sahibi Faiq Seyidov isə bizim barəmizdə yazırdı:
“Çox təəssüf ki, bəzi elektron KİV-lərdə sifariş əsasında mənə qarşı qarayaxma kampaniyası aparılır. Kimlərsə məqsədli şəkildə haqqımızda yalan informasiyaları yenidən tirajlayaraq, mənfi imic yaratmağa çalışırlar. 2014-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsini bu gün gündəmə gətirən sifarişçi və icraçı dəstə barədə məlumatımız var. Həmin şəxslər yerli KİV-lərlə əlaqələri vasitəsilə pul müqabilində bu hadisəni gündəmdə saxlamağa çalışırlar. İndi gündəmə gətirilən bu yazı 2015-2016-cı illərdə “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin yazılarıdır.
Cənab Faiq Seyidov !
Bizi media oalraq sizinlə zərrə qədər də olsun şəxsi qərəzimiz yoxdur.
Biz nə vaxt sizinlə bağlı SİFARİŞLİ yazılar yazmışıq ?
Sizdən soruşuruq ki, sizi bəlkə biz məhkəməyə vermişik..?
Son günlər ölkə mediası sizin şirkətlə bağlı xəbərləri tirajlayır.
Bəlli olur ki, aldığınız avtobusların pulunu vermirsiniz ?
Bəlkə, bunu da “Gündəlik-Bakı” yazır ?
Cənab Faiq Seyidov !
Səninlə bağlı yazdıqlarımızı bu gün də təkrar yazmağa və arxasında durmağa hazırıq.
Bəli, biz yazırdıq ki, sizin oğlunuz yüksək sürətlə idarə etdiyi avtomobillə Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Eldar Məmmədovu vurub öldürüb.
Bu barədə bütün ölkə mediası yazdı. Məgər bu sifarişdir?
Bəli, siz Faiq Xaliqoğlu nəyinsə qarşılığında həmin şəxsin guya “öz əcəli ilə öldüyü” haqda qurama rəy alaraq cinayəti ört-basdır etdiniz...
Bütün bunları “Gündəlik-Bakı” törətmişdi, cənab Faiq Seyidov ?
Niyə uzun müddət polkovnik-leytenantı avtomobillə vuran sürücünün kimliyi açıqlanmadı ?
Çünki siz imkan vermirdiniz ki, oğlunuzun adı mətbuatda hallansın...
Siz mətbuata açıqlama verdiniz ki, guya həmin polkovnik “ürək tutmasından” ölüb.
Amma həmin polkovniklə bağlı xəstəxananın vəkil sorğusuna verdiyi cavab hamıya bəllidir.
Həmin hərbçi sizin oğlunuzun idarə etdiyi avtomobillə vurulmuşdu və o səbəbdən dünyasını dəyişdi.
Biz “Gündəlik-Bakı” olaraq o vaxt da həqiqətləri yazırdıq və bu gün də sizinlə şəxsi qərəzimiz yoxdur.
Sizin barənizdə yazırıq ki, işçiləri qanunsuz, müqavilə olmadan işlədirsən, əmək haqlarını vaxtında vermirsən...
Biz yazırıq ki, işə götrüdüyün gənc oğlan şirkətin qarajında dünyasını dəyişib...şirkətin hüquqşünası isə deyir ki, belə bir hadisə olmayıb...
Biz yazırıq ki, sənin 61, 65, 18 saylı avtobuslarının sürücüləri deyir ki, maaşlarımızı vaxtında ala bilmirik, bizi gündə 12 saat işlədirlər...sosial müdafiə, pensiya fonduna pul keçirilmir...
Cənab Faiq Seyidov, bunları “ Gündəlik-Bakı” demir ee, sənin işçilərin bizə deyir...
Cənab Faiq Seyidov !
Bir daha sizə bəyan etmək istəyirik ki, bizim bir media olaraq Faiqoğlu problemimiz yoxdur.
Vətəndaşları dövlətimizdən narazı salma, bu bizə yetər.
P.S Cənab Faiqoğlu bilirsən o vaxt nə üçün sən polkovnikin qanını batıra bildin? Nə üçün sənin Faiqoğlu şirkətin dan ulduzu kimi par-par parıldayaraq hər yerə işıq saçırdı? Həə, onda sənin "krışan" Ramiz Mehdiyev var idi. Ramiz Mehdiyevin cangüdəni, şoferi, köməkçisi Təhməz var idi.
Birazdan sonra bunların heç biri olmayacaq. Onda sənə hamı reket deyəcək, sənin də haqqında hal-hazırda həbsxana həyatı yaşayan Faiqoğlu deyiləcək. Onda görəcəksən ki, haqsız danışmaq nə deməkdir. Gündəlik Bakı qəzeti və Habil Vəliyev haqqında danışmaq nə sənin razmerində deyil, nə də olmayan təhsilində.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
917 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...