Parlamentdəki "ikinci Feyziyev" kimdir? Saxta dərman sataraq milyonlar qazanan o biri deputat kimdir?

Parlamentdəki "ikinci Feyziyev" kimdir?

Ölkə mediası günlərdir ki, hazırda Londonda olan və yerli mətbuatın ünvanına təhqiramiz ifadələr işlədən bir deputatdan yazır. Təkcə yerli mediada deyil, dünya mediasında da Cavanşir Feyziyevin çirkli pullar toplayaraq mühakimə olunmasından yazır. Əvəzində C.Feyziyev yerli mətbuatın 18 tanınmış simasını təhqir edir. Ünvanlarına xoşagəlməz ifadələr işlədir. Bu günlərdə isə Londonrda böyük mükləri olan, elə dərman biznesi ilə böyük sərvət toplamış başqa bir deputatın da adı çəkilir. Tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə ad çəkməsə də, "Quliyevin oğlu" olaraq xitab etdiyi deputatın da saxta dərman biznesi ilə böyük pullar topladığından bəhs edib. Gundeminfo.az xəbər verir ki, Quliyevin oğlunun da Londonda böyük pulları və malikanələri var və oğlunun adına rəsmişləşdirib hər şeyi.

Gundeminfo.az olaraq həmin iddiaları təqdim edirik və dərman biznesindən milyonlar qazanaraq Londonda ailəsinə sirli (hələ ki, sirli) pullar toplamış həmin deputatın kimliyini araşdırmağa çalışacağıq:

- "Saxta dərman ittihamlarına gəlincə, Milli Məclisdə Feyziyevdən başqa iki dərman monopolisti, sözün birbaşa mənasında dərman alverçisi var var. Azeri MED və Loğman FARM-ın sahibləri. Yeri gəlmişkən Feyziyevə məhkəmə quranların arasında Quliyevin oğlunun Londonda 5 mənzili üçün ödədiyi milyonları sorğulayan yoxdur.

Birdirmi, ikidirmi, iyirmi ikidirmi, saymaqla qurtaran deyil. Əldən qopan Londona, Çexiyaya, ABŞ-a, İsveçrəyə, Almaniyaya, dünyanın dörd tərəfinə qaçır. Kimi varlıqdan, kimi darlıqdan.

İndi Feyziyev deyir, 15 milyon halal puludur. O birilərin də xirtdəyindən tutun, eyni havanı oxuyacaqlar. Amma mən yenə şübhə edəcəm. Hər kəs şübhə edəcək. Hətta milyonları deyil, bir neçə yüz minini, bir bitini belə kimsə gerçəkdən qanuni yollarla qazanmış olsa belə. Niyə? Çünki şəffaflıq yoxdur, illərdir ölkədə maliyyə amnistiyası və gəlir deklarasiyasının tətbiq olunmaması hələ çox "çibanlar" yetişdirəcək. Qaranlıq "uğur hekayələri" uyduranlar "uğursuzlar"ın dördgözlə obyektivində olacaqlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
371 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...