Deputat Elnur Allahverdiyevin "Kontakt Home" ilə bağlı yalanını həyat yoldaşı üzə çıxarıbmış - FOTOFAKT

Deputat Elnur Allahverdiyevin "Kontakt Home" ilə bağlı yalanını həyat yoldaşı üzə çıxarıbmış -


Bildiyiniz kimi, mətbuatda Millət vəkili Elnur Allahverdiyevin biznes fəaliyyətindən eləcə də "Kontakt Home"nin sahibi olmasından yazılıb. Ancaq deputat son müsahibələrinin birində "2020-ci ilin mart ayından bu yana müsahibə və açıqlamalarında sahibkarlıq fəaliyyətini dayandırdığımı dəfələrlə bildirdirmişəm" deyə qeyd edib.

32gun.az-ın məlumatına görə, Elnur Allahverdiyevin yalanını həyat yoldaşı Arzu Allahverdiyeva üzə çıxarıb.

Belə ki, ötən ilin ortaların Kamil Zeynallı özünün Instagram səhifəsində “Kontakt Home” haqqında paylaşım edərək şəhid Adilov Şirəli İlham oğlunun ailəsinə məxsus yataq dəstinin ödənişlərin edilməməsi səbəbilə “Kontakt Home” tərəfindən zorla geri götürüldüyü barədə məlumat paylaşmışdı. Sözügedən şirkət isə yaydığı bəyənatda K.Zeynallını mövzunu araşdırmadan, dəqiqləşdirməyə ehtiyac duymadan geniş auditoriyanın qarşısına çıxarmaqda və cəmiyyətdə çaşqınlıq yaratmaqda suçlamışdı.

"Kontakt Home"un özünü müdafiə edən açıqlamasını deputatın həyat yoldaşı Arzu Allahverdiyeva öz şəxsi profilində paylaşıb.

Sözügedən paylaşım bir neçə ay öncə A.Allahverdiyevanın şəxsi "facebook" hesabında paylaşılıb.

Deputat Elnur Allahverdiyevin "Kontakt Home" ilə bağlı yalanını həyat yoldaşı üzə çıxarıbmış -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2302 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...