Yardımlının icra başçısı yaşıllıqları məhv edir - Ayaz Əsgərovla bağlı ilginc iddia

Narazı sakinlərin sözlərinə görə, Ayaz Əsgərov rayonda torpaqları sata-sata indi də bir neçə il əvvəl İmadəddin Nəsiminin 650 illiyilə əlaqədar olaraq Heydər Əliyev fondu tərəfindən salınmış yaşıllıq zonasına göz dikmək kimi özbaşınalığa da imza atıb. Başçının maddi maraqları hesabına dağıdılan və satılan bağda ümumilikdə 600 dən artıq ağac mövcud olub, ağacların da əksəriyyəti meyvə ağacları olub. Yaxın vaxtlarda yaşıllıq ərazinin istirahət parkı kimi inşaası da nəzərdə tutulubmuş. Yaşıllıq ərazinin Yardımlı rayonunun mərkəzi prospektində, Polis şöbəsinin yaxınlığında yerləşir ki, bu da görünür, ərazinin satılması-alınmasına marağı artırıb.
İnanırıq ki, icra başçısının adı hallanan "yaşıl soyqırım" əməliyyatına Ekologiya nazirliyi susmayacaq. Eləcə də dövlət mülkiyyətində olan və Heydər Əliyev fondunun 2018-19-cu illərdə saldırdığı yaşıllıq ərazinin indi hansı zərurətə görə, kimə və neçəyə hansı yolla satılmasına İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti aydınlıq gətirəcək...
1183 dəfə oxundu