Bu gün MN-nin həbs edilən yüksək vəzifəli şəxsi KİM OLUB?

Bu gün MN-nin həbs edilən yüksək vəzifəli şəxsi
Bildiyiniz kimi, bu gün Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev həbs edilib. O, külli miqdarda mənimsəmədə təqsirləndirilir.

Qeyd edək ki, Polkovnik Fikrət Mirzəyev 2020-ci il iyun ayında MN-dəki vəzifəsindən çıxarılıb.

Qarabağ qazisi Rey Kərimoğlu Fikrət Mirzəyevlə bağlı bəzi məqamları Qaziler.az-la bölüşüb. O bildirib ki, sabiq rəis hərbçilərin evlərini satıb, milyardlarla dollar dövlət əmlakını mənimsəyib:

“Fikrət Mirzəyev keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun təyin etdiyi kadr olub. Onun əli ilə böyük maxinasiyalar edib. Uzun illər orduda mənzillərin, torpaq və əmlakların satılmasını icra edib. Sizi inandırım ki, həbs olunan Fikrət Mirzəyev milyardlarla dollar dövlət əmlakının, hərbi hissələrin və Müdafiə Nazirliyinin nəzdində olan digər ərazilərin satılması işini həyata keçirib.

2020-ci ildə - müharibə başlamazdan əvvəl ehtiyatda olan polkovnik Qəhrəman Mənsimzadənin mətbuata açıqladığı, Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə bağlı 14 səhifəlik faktların əksini tapdığı şikayətdə onun da adı olub. Daha sonra vəzifəsindən azad edildi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində cinayət işi qaldırıldı.

Həmin şəxsin qanunsuz əməlləri barəsində internet kanallarında da müzakirələr aparmışıq. Bu, alverçi adam idi, hərbçilərin evlərini, torpaqlarını sataraq mənimsəyib. Ümid edirik ki, yaxın gələcəkdə Nəcməddin Sadıkov da həbs edilib məhkəmə qarşısına çıxarılacaq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1564 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...