“Bank VTB” sanksiya altındadır: Azərbaycanda da dollar və avro qəbul etməyəcək

“Bank VTB” sanksiya altındadır:

Qərb cəbhəsinin Rusiyaya qarşı sanksiyalarının nəticələrinin Azərbaycana təsirləri müzakirə olunmaqda davam edir. Azərbaycanda yerləşən Rusiya bankları və əmanətçilərin əmanətinin taleyi müzakirə mövzuları sırasındadır.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Əkrəm Həsənov qeyd edir ki, həmin banklar hər bir halda Azərbaycan banklarıdır, kapitalları Rusiyaya daxildir:

“Bunlardan biri “Bank VTB”dir. O, Azərbaycan bankı olduğu üçün valyutalaşma əməliyyatlarını əvvəlki kimi icra edəcək”.

Əkrəm Həsənov sanksiya altında olan bankın sadəcə “Bank VTB” olduğunu bildirib:

“Bizim ərazimizdə “Bank VTB” (Azərbaycan) var. Yəni Rusiya bankının törəmə bankıdır. Artıq onun Avropa və ya ABŞ-a dollar və avro ilə valyutalaşma əməliyyatlarında problemlər ola bilər”.

Ekspert Rusiya ilə bank əlaqələrinin fərqli olacağına açıqlıq gətirib:

“Rusiya, keçmiş MDB ölkələri ilə - bir sözlə, Rusiyaya qarşı sanksiya tətbiq etməyən ölkələrlə dollar və avro istisna olmaqla, digər valyutalarla əməliyyatlar keçirə biləcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1221 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...