Vasif Talıbovun oğlu niyə məhz Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəhbəridir?

Vasif Talıbovun oğlu niyə məhz Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəhbəridir?
Naxçıvan Muxtar Respublikasında əhalinin etnik tərkibinin dəyişdirilməsi ilə bağlı dəfələrlə həyacan təbili çalmışıq. Qibleyi-aləmin Naxçıvanın etnik tərkibinin dəyişdirilməsi istiqamətində apardığı sistemli iş göz qabağındadır. Azərbaycan dövləti təcili tədbir görməsə, bir neçə ildən sonra Naxçıvanda tamamilə fərqli bir mənzərənin şahidi olacağıq. Bu barədə əlimizdə kifayət qədər faktlar var və biz zaman-zaman həmin faktları ictimailəşdirəcəyik.

Bu yazıda Vasif Talıbovun həmin sistemli işinin daha bir nümunəsini təqdim edirik. Yəqin ki, oxucularımızın bir qismi Vasif Talıbovun böyük oğlu Rza Talıbovun harada çalışdığı barədə məlumatlıdır. Rza Talıbov Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri, siyasi elmlər üzrə fəlsəfə doktorudur. Rza Talıbov üçün bu vəzifə atası tərəfindən təsadüfən seçilməyib. Bu barədə bir az sonra. İndi isə Rza Talıbov haqqında qısa məlumat verək.

Talıbov Rza Vasif oğlu 10 may 1982-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 1999-cu ildə Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbini bitirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 2006-cı ildə isə magistr pillələrini fəqlənmə diplomları ilə bitirib.

2003–2004-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçib.

2007-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində referent vəzifəsində işə başlayıb.

2010-cu ildə öz arzusu ilə Xarici İşlər Nazirliyindən ayrılaraq, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında müəllim kimi çalışmağa başlayıb.

2013-cü ildə Böyük Britaniyanın Oksford Universiteti, SAID Biznes məktəbinin Gücləndirilmiş İdarəetmə proqramını bitirib.

2015-ci ildə Dövlət Miqrasiya Xidmətində işə götürülüb və qısa müddət sonra Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi təyin olunub.
Vasif Talıbovun oğlu niyə məhz Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəhbəridir?

Onun bioqrafiyası ilə tanış olduqdan sonra bir sıra suallar ortaya çıxır. Ali məktəbi beynəlxalq münasibətlər ixtisası üzrə bitirən Rza Talıbov Xarici İşlər Nazirliyində niyə işləmək istəməyib? Atası onu niyə başqa dövlət orqanında yox, məhz Dövlət Miqrasiya Xidmətində işə düzəldib? Halbuki Vasif Talıbov istəsəydi onu ixtisasına uyğun Xarici İşlər Nazirliyində yüksək vəzifəyə təyin etdirə, nüfuzlu ölkələrdən birinə səfir də göndərə bilərdi. Amma Rza Talıbov Xarici İşlər Nazirliyində 3 illik fəaliyyətdən sonra müəmmalı şəkildə istefa verir və müəllim kimi fəaliyyətə başlayır. Dövlət Miqrasiya Xidmətində işə başladıqdan qısa müddət sonra o, məhz atasının məsləhəti və tapşırığı ilə Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəhbəri təyin edilir.
Vasif Talıbovun oğlu niyə məhz Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəhbəridir?
Vasif Talıbovun oğlu niyə məhz Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəhbəridir?

Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsi Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və Azərbaycan Respublikasının vətəndaşlığından çıxma ilə vəsatətlərə, habelə Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı işlərə baxılmasında iştirak edir. Həmçinin, İdarə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirir.

Bu vəzifə hüquqi bilik və ixtisas tələb edən vəzifədir. Maraqlıdır, görəsən, nəyə görə, bu baş idarəyə bir hüquqşünas deyil, məhz beynəlxalq münasibətləri bitirən Vasif Talıbovun oğlu təyin edilib? Vasif Talıbovun oğlunu məhz bu vəzifəyə yerləşdirməsində məqsədi nədir?

Bu suala aydınlıq gətirməmişdən əvvəl onu qeyd edək ki, Rza Talıbov qeyri-rəsmi şəkildə Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinə də rəhbərlik edir. Naxçıvanın Miqrasiya Xidmətinin rəisi Şahin Nəbiyev Rza Talıbovun kurasiyasındadır. Şahin Nəbiyevə muxtar respublikada Vasif Talıbovbdan başqa, heç kim göstəriş verə, onun işinə qarışa bilməz. Şahin Nəbiyev nə Vasif Talıbovun birinci müavini olan Azər Zeynalovu, nə də Ali Məclisin bu sahəyə rəhbərlik edən şöbə müdirini eşidir. Naxçıvana köçüb gələn və Azərbaycan vətəndaşlığı verilən şəxslər barədə bir Vasif Talıbov bilir, bir də onun oğlu və Rza Talıbovun kuklası Şahin Nəbiyev.

Vasif Talıbovun oğlunun bu vəzifəyə yerləşdirilməsi uzaq perspektivə hesablanıb. Məqsəd Naxçıvanın etnik tərkibinin dəyişdirilməsinin daha rahat formada həyata keçirilməsi, vətəndaşlıq məsələlərinin 5-ci kolonun əlində olmasıdır. Niyə bu məsələni də 5-ci kolonla əlaqələndiririk? Onu da izah edək. Azərbaycanın 5-ci kolonunun “xaç atası” olan Ramiz Mehdiyev Miqrasiya Xidmətini hər zaman xüsusi nəzarətdə saxlayıb, orada yüksək vəzifələrdə məhz ona bağlı adamların yerləşdirilməsini təmin edib. Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev 2011-2014-cü illərdə Dövlət Miqrasiya Xidmətinin rəis müavini olub. Özü də bilirsinizmi hansı sahəni kurasiya edib? Məhz vətəndaşlıq məsələlərini. Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini təyin edildikdən cəmi bir neçə ay sonra Rza Talıbov Dövlət Miqrasiya Xidmətinə gətirilir və məhz Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi təyin edilir. Sizcə bu, təsadüfdürmü? Əlbəttə yox. Ramiz Mehdiyev-Vasif talıbov ikilisi Miqrasiya Xidmətini “işğal edərək” qeyri millətlərin, xüsusilə erməni kökənlilərin və qonşu ölkələrdən gələn qeyri-türklərin Azərbaycan vətəndaşlığına qəbulu ilə ölkənin gələcəyi üçün təhlükələr hazırlayıblar.
Vasif Talıbovun oğlu niyə məhz Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəhbəridir?

Azərbaycan vətəndaşlığına qəbul prezidentin səlahiyyətindədir. Amma vətəndaşlığa qəbul edilən şəxslərin kimliyini araşdırıb onun vətəndaşlığa qəbulu prosesini həll edən məhz Dövlət Miqrasiya Xidməti və Xidmətin Rza Talıbovun rəhbərlik etdiyi Baş İdarəsidir. İnanırıq ki, aidiyyəti dövlət orqanları bu sahədə araşdırma aparsalar, bir çox maraqlı faktlarla qarşılaşacaqlar.

Onu da qeyd edək ki, hər il xeyli insan Azərbaycan vətəndaşlığına qəbul edilir. Rza Talıbovun 2021-ci ilin may ayında mətbuata verdiyi müsahibədə səsləndirdiyi rəqəmləri oxucuların diqqətinə çatdırırıq: “Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi istiqamətində görülmüş tədbirlər nəticəsində 2008-2020-ci illər ərzində (01 oktyabr 2020-ci ilədək ) 1830 nəfər (övladları ilə birlikdə 1873 nəfər) vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuşdur. Bununla belə, bu müddət ərzində 162 min 308 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb və onlar müvafiq dövlət qurumu tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilmişdir”.

Göründüyü kimi, vətəndaşlıq məsələləri həll edilən şəxslərin sayı minlərlədir. Bəs Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayan və Azərbaycan vətəndaşlığına qəbul edilən şəxslərin sayı nə qədərdir? Əlbəttə ki, bu rəqəm tam qapalıdır, real rəqəmləri isə Vasif Talıbovun oğlu bilir. Naxçıvan ərazisində yaşayan və vətəndaşlıq verilən şəxslərin etnik kimliyi də maraqlıdır və hər birimiz üçün qaranlıqdır. Yəqin ki, Vasif Talıbovun oğlunun niyə məhz Miqrasiya Xidmətinə yerləşdirilməsi artıq hörmətli oxucularımıza aydın oldu. (Ovqat.com)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2204 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...