Azərbaycandan pulla satıldığı iddia edilən “oksford professoru” adını kimlər alıb?- SİYAHI
Bu barədə fikirləri jurnalist Elçin Alıoğlu feysbuk səhifəsində yazıb. Jurnalist qeyd edir ki, “Oksford Akademiya İttifaqı”ndan ona da “professor” olmaq barədə təklif gəlib. Lakin o, bu təklifdən imtina edib.
Azərbaycanda da “Oksford Akademiya İttifaqının professoru” adını daşıyan şəxslər az deyil.
Azərbaycanda adları önünə “Oksford Akademiya İttifaqının professoru” “titulunu” yazdıran bu şəxslərdən dövlət məmurları, elmi cameədə olan şəxslərlə yanaşı, biznes sahəsində fəaliyyət göstərən şəxslər də var.
Yaqub Mahmudov
İnternet resurslarındakı məlumata görə “Oksford Akademiya İttifaqının professoru” adına layiq görülən şəxslərdən biri akademik, sabiq millət vəkili Yaqub Mahmudov da var. O bu titula 2019-cu ildə layiq görülüb.

Nurlana Əliyeva
“Oksford Akademiya İttifaqının professoru” alan elm adamlarımızdan biri də Bakı Slavyan Universitetinin keçmiş rektoru Nurlana Əliyeva olub.
Xuraman Muradova
“Oksford Akademiya İttifaqının professoru” adına layiq görülən şəxslərdən biri də “Milena Hospital”ın rəhbəri Xuraman Muradovadır.
Xuraman Muradova 2021-ci ildə bu ada layiq görülüb.
Azərbaycan vətəndaşlarına “Oksford Akademiya İttifaqının professoru” adının neçəyə satıldığı barədə məlumat yoxdur.
1249 dəfə oxundu