AMEA-da nə baş verir? – Qurumun saytında AzTV-nin tənqidi sujeti yayımlanıb – Fotofakt

AMEA-da nə baş verir? –
Xəbər verdiyimz kimi , Azərbaycan Dövlət Televizyası (AzTV) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyəti barədə tənqidi süjet hazırlayıb.
Yeniavaz.com xəbər verir ki, AzTV-nin AMEA-nı tənqid edən süjeti qurumun rəsmi veb-saytında da yayımlanıb.

AMEA-nın rəsmi saytında “AzTV: AMEA-nın “fəaliyyəti” başlıqlı xəbər yayımlanıb və orada AzTV-nin sujeti olduğu kimi yer alıb.
Qeyd edək ki, belə bir vəziyyət olduqca nadir görülür və sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Sosial şəbəkə istifadəçilərinin bəziləri iddia edirlər ki, AMEA-nın rəsmi saytında qurum barədə hazırlanan tənqidi sujetin yayımlanması elm ocağında qruplaşmaların olduğunu göstərir. AMAE rəhbəriyinin tənqid olunduğu materialın qurumun saytında yayımlanması da onu göstərir, ayrı-ayrı şöbələr və əməkdaşlar mövcud rəhbərlikdən narazıdırlar.

AMEA-da nə baş verir? –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
770 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...