Almaniyadan sığınacaq istəyən İran vətəndaşlarının sayı 2 dəfə artıb

Almaniyadan sığınacaq istəyən İran vətəndaşlarının sayı 2 dəfə artıb
Almaniya Federativ Respublikasına gələrək, bu ölkədən sığınacaq istəyən İran vətəndaşlarının sayı artıb.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq bildirib ki, bu ilin yanvar-noyabr ayları arasında federal idarəyə İran vətəndaşları tərəfindən ümumilikdə 6 392 sığınacaq ərizəsi daxil olub. Onlardan 5 447-si ilk dəfə, 945-i isə ikinci dəfə üçün edilən müraciətlərdir.

Federal İdarədən verilən məlumatda qeyd olunur ki, İranda sentyabr ayında başlayan kütləvi nümayişlərdən sonra Almaniyaya gələrək sığınacaq istəyən İran vətəndaşlarının sayı əvvəlki ilin eyni ayı ilə müqayisədə iki dəfə çoxdur.

İran vətəndaşları tərəfindən federal idarəyə bu ilin sentyabr ayında 613, oktyabrda 892, noyabr ayında isə 1039 nəfər qaçqın statusu üçün müraciət edib.

BAMF-ın açıqlamasında qeyd olunur ki, bu ilin yanvar-noyabr aylarında federal idarəyə sığınacaq üçün müraciət edənlərin ümumi sayı 214 253 nəfərdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
417 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...