Taliban qızların ali təhsil almasını qadağan etdi

  Taliban qızların ali təhsil almasını qadağan etdi
Taliban rəhbərliyi növbəti xəbərdarlığa qədər qız tələbələrin ali məktəblərdə təhsil almasının dayandırılmasını təlləb edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Talibanın Ali Təhsil Nazirliyinin sözçüsü Hafiz Ziya Haşimi Türkiyənin “Anadolu” agentliyinə açıqlama verib.
O bildirib ki, gənc qızların təhsili ilə bağlı təlimatlar ölkənin bütün dövlət və özəl universitetlərinə göndərilib:
“Təlimatda bildirilir ki, Nazirlər Şurasının qərarı ilə ali məktəblərdə tələbə qızların təhsil alması ikinci elana qədər dayandırılıb”.
Qeyd edək ki, ötən il avqustun 15-də Əfqanıstanda hakimiyyəti ələ alan Taliban hərəkatı qızların ibtidai məktəb və universitetlərdə təhsil almasına icazə verib.
Bu vaxta qədər Taliban gənc qız və oğlanların universitetlərdə mühazirə günlərini ayırmışdı. Qızlar öz günlərində təhsillərini davam etdirə bilirdilər.
Qızların orta və ali məktəblərdə təhsillərini davam etdirməsinə icazə verilmirdi.
Taliban rəsmiləri qız məktəblərinin yaxın vaxtlarda “islami çərçivədə” yenidən təşkil ediləcəyini və açılacağını bildirsələr də, məktəblər hələ açılmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
554 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...