Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atan şəxslə bağlı DİN-dən AÇIQLAMA

Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atan şəxslə bağlı DİN-dən

Xəbər verdiyimiz kimi, dahi bəstəkar Üzeyir Hacıbəyovun Bakı şəhəri Nəsimi rayonunda yerləşən heykəlinin üzərinə yad cisim atılması əks olunan görüntülər yayılmışdı.

Görüntülərdən aydın olur ki, hələlik şəxsiyyəti məlum olmayan iki gənc aralarındakı zarafat zamanı biri digərinin ayaqqabısını heykəlin üzərinə atıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev Azxeber.com-a açıqlamasında bildirib ki, həmin şəxs müəyyən olunub və barəsində qanunamüvafiq tədbirlər görülüb:

"Həmin şəxs müəyyən olunub və polis orqanına dəvət olunub və barəsində qanunamüvafiq tədbirlər görülüb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
526 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...