Ötən il xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfər saxlanılıb

Ötən il xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfər saxlanılıb
2022-ci il ərzində 550 halda 774 nəfər tərəfindən dövlət sərhədinin pozulmasına cəhd edilib və sərhədçilərimizin sayıqlığı nəticəsində bu halların qarşısı alınıb.

GUNDEMİNFO.AZ APA-ya istinadla xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində deyilib.

Bildirilib ki, Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfər müəyyən edilərək saxlanılıb:

“Terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə döyüşmüş 6 nəfər şəxs saxlanılmış, 11 nəfəri müəyyən edilmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 20, qaçaqmalçılıqla məşğul olan 7 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib, ölkədə dini radikalizmi təbliğ edən 32 Azərbaycan vətəndaşı müəyyənləşdirilib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
479 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...