Millimizin oyunu üçün satışa çıxarılan bütün biletlər satıldı

Millimizin oyunu üçün satışa çıxarılan bütün biletlər satıldı

Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsində Avstriyaya qarşı keçirəcəyi səfər oyununa maraq böyükdür.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşma üçün satışa çıxarılmış biletlərin artıq hamısı satılıb.

Bu barədə Avstriya Futbol Assosiasiyasının saytı məlumat yayıb. “Rayffayzen Arena”da keçiriləcək oyun üçün 17 min bilet satışa çıxarılmışdı.

Xatırladaq ki, martın 24-də keçiriləcək Avstriya – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.
Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
380 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...