Sabah rayonlarda 36 dərəcə isti olacaq

Sabah rayonlarda 36 dərəcə isti olacaq
Mayın 30-da Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31°, bəzi yerlərdə 33° isti, atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə 50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
454 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...