“Əl Cəzirə” Media Şəbəkəsinin nümayəndələri Tərtər rayonuna səfər ediblər

“Əl Cəzirə” Media Şəbəkəsinin nümayəndələri Tərtər rayonuna səfər ediblər
Əl Cəzirə Media Şəbəkəsinin əsas qollarından biri olan “Əl-Cəzirə Sənədli filmlər” departamentinin icraçı direktoru Əhməd Məhfuz və Planlaşdırma və Tərtibləmə şöbəsinin rəhbəri Adel Ksiksi Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə Azərbaycana səfərə gəliblər.

Səfər çərçivəsində qonaqlar Tərtər rayonuna səfər ediblər. Nümayəndə heyətini Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev müşayiət edib.

Səfərin məqsədi Azərbaycanın mina problemi və minadan zərərçəkənlərlə bağlı hekayələrin və Azərbaycan haqqında təqdimat çarxlarının hazırlanmasıdır.

Qonaqları qəbul edən Tərtər rayonunun İcra başçısı Müstəqim Məmmədov onlara rayon haqqında ümumi məlumat verib və 44 günlük Vətən müharibəsində rayona dəymiş ziyandan danışıb. Qeyd edib ki, 44 günlük Vətən Müharibəsində Tərtər şəhərinə və yaşayış məntəqələrinə 16277 top, tank, qrad mərmisi düşmüş, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində rayonun infrastrukturuna güclü ziyan dəyib, 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil müəssisəsinə, 10 tibb müəssisəsinə, 7 mədəniyyət müəssisəsinə, məscid və inzibati binalara, 83 çoxmərtəbəli yaşayış və 5344 fərdi yaşayış evlərinə, 95 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına ziyan dəyib. Rayon ərazisində müharibədən ziyan çəkmiş yaşayış və qeyri yaşayış sahələrinə işçi qrupu tərəfindən 7050 baxış keçirilib. Dövlət rəsmilərinin dediyi kimi “Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın Stalinqradı” olub.
Sonra qonaqlar Mərkəzi Meydanda Vətən müharibəsi zamanı Tərtər rayonuna dəymiş ziyanı özündə əks etdirən fotositentlərə, ermənilərin Tərtərə atdığı qadağan olunmuş raketlərin qalıqlarına, Şıxarx qəsəbəsində şəhidlərin xatirəsinə salınmış “Vətən bağı”na, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqlarına və Vətən müharibəsində ermənilər tərəfindən atılmış qadağan olunmuş “smerç” raketi nəticəsində dağılmış Sahib İsmayılova məxsus ev muzeyinə baxıblar.
“Əl Cəzirə” Media Şəbəkəsinin nümayəndələri Tərtər rayonuna səfər ediblər
“Əl Cəzirə” Media Şəbəkəsinin nümayəndələri Tərtər rayonuna səfər ediblər
“Əl Cəzirə” Media Şəbəkəsinin nümayəndələri Tərtər rayonuna səfər ediblər
“Əl Cəzirə” Media Şəbəkəsinin nümayəndələri Tərtər rayonuna səfər ediblər



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
447 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...