Günel Gözəlovaya bu kanalda vəzifə verildi - AÇIQLAMA

  Günel Gözəlovaya bu kanalda vəzifə verildi -
Tanınmış telejurnalist, aparıcı Günel Gözəlova “MTV Azərbaycan” televiziya kanalının baş redaktoru təyin olunub.

GUNDEMİNFO.AZxəbər verir ki, G.Gözəlova “Qafqazinfo”ya açıqlamasında təyinatı təsdiqləyib.

Qeyd edək ki, telejurnalist indiyədək bir çox vəzifələrdə - Azərbaycan Dövlət Televiziyasında, “Lider TV və Azərbaycan Radiosu” MMC-də, Azərbaycan Memarlıq və İnşaat Universitetində Mətbuat katibi, Azərpoçt MMC-də İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri, daha sonra isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Mətbuat Xidmətinin rəhbəri, nazirin sözçüsü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Media və Təhsil sahəsi üzrə Vitse- Prezidenti kimi kimi fəaliyyətini davam etdirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
491 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...